Mədəniyyətdən başlanan intibah

 

 

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyətə fərdləri birləşdirən dəyər kimi yanaşır, bunu bəşəriyyətə xidmət etmək istəyən bütün insanların ali niyyətlərinin ifadəsi kimi görür. Mədəniyyət tarixən dəyişən, sosial tələblərlə şərtlənən anlayış olub cəmiyyətin və dövlətin fəaliyyətini, məişətini, insanların həyat tərzini, millət və xalqların adətlərini, mədəni irsini, milli-bəşəri dəyərləri, etikestetik normaları və s. əhatə edir.

Bu istiqamətdə dövlət siyasəti təbii ki, digər sahələrlə, o cumlədən iqtisadiyyat, siyasət və sosial sfera ilə sıx şəkildə bağlıdır. İqtisadiyyatı zəif olan, əhalisinin həyat səviyyəsi və elmi potensialı aşağı olan ölkələrdə müasir mədəniyyət siyasətini uğurla reallaşdırmaq olduqca çətindir. İqtisadi inkişaf bilavasitə elmi nailiyyətlərin, yeni texnologiyaların, habelə hər bir fərdin təhsili və mədəni-mənəvi inkişaf səviyyəsindən asılıdır. Ona görə də ölkədə teatr, kino, muzey, kitabxanaturizmin inkişafını təmin edən nə qədər dövlət proqramları təsdiqlənmiş, mədəniyyətin müxtəlif sahələri ilə bağlı çoxsaylı sərəncam və fərmanlar imzalanmışdır. Kitabxana-informasiya sahəsinin, Azərbaycan kinosunun, teatrının inkişafı, muzeylərin müasir standartlara uyğun təchizatı, musiqi, incəsənət və rəssamlıq məktəblərinin işinin yaxşılaşdırılması üzrə fəaliyyət proqramları qəbul edilmiş, ardıcıl tədbirlər həyata keçirilmişdir. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair dövlət proqramları istiqamətində də mühüm işlər aparılmışdır.

2014-cü ildə dövlət başçısı tərəfindən imzalanan “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda mədəniyyətimizin inkişafı, daxilixarici təhdidlərdən qorunması, dünya mədəniyyətinə uğurlu inteqrasiyası, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi başlıca məqsəd kimi irəli sürülmüşdür. Bundan başqa, Azərbaycanda tarixi abidələrin yerləşdiyi məkanlarda müasir tələblərə cavab verən işlərin aparılması məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində muzey ekspozisiyalarının yenidən qurulması ilə bağlı silsilə tədbirlər həyata keçirilmişdir.

Bu illər ərzində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin, Azərbaycan ədəbiyyatında mühüm yer tutan, böyük şair Mirzə Şəfi Vazehin, milli teatrkino tarixində xüsusi xidmətləri ilə seçilən, yaddaşlarda iz qoyan böyük sənətkar, respublikanın Xalq artisti Lütfəli Abdullayevin, Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, tarixçi alimşair Abbasqulu Ağa Bakıxanovun, estrada orkestrinin bədii rəhbəri və baş dirijoru kimi səmərəli fəaliyyət göstərmiş, ölkənin müasir musiqi mədəniyyəti xəzinəsinə layiqli töhfələr vermiş, Xalq artisti, bəstəkar Tofiq Əhmədovun, respublikanın Xalq artisti Barat Şəkinskayanın və başqalarının yubileyləri dövlət səviyyəsində qeyd olunmuşdur.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan dünyada həm də mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq”, “Mədəniyyətlərarası Əməkdaşlıq Platforması” çərçivəsində bir çox layihələrin təqdimatı olmuşdur. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında dünyada sülhün əldə olunması, gərginliklərin mümkün qədər minimallaşdırılması, toplumlar arasında anlaşmaların yaranması, qlobal problemlərin həlli ilə bağlı faydalı təşəbbüslərin formalaşması məsələləri üzrə geniş müzakirələr aparılmışdır.

Azərbaycan dövləti ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrini ortaq mədəni dəyərlər ruhunda bir araya gətirir. Tarixi qələbəmizdən sonra Şuşada təntənəli şəkildə keçirilən “Xarıbülbül”, “Vaqif Poeziya Günləri” festivalları, “Musiqi irsiQarabağ atları Cıdır düzündə” musiqili kompozisiya bunun təzahürüdür. Həmin festivallarda Azərbaycan dövləti eyni bir dövlətdə, eyni bir bayraq altında, eyni arzularda qovuşmuş mədəniyyətlərin nə qədər möhtəşəm bir gözəllik yaratdığını, sülhə, davamlı inkişafa, rifaha yol açdığını bütün dünyaya sərgilədi. Bu möhtəşəmliyin müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Azərbaycan adına uğurların əldə olunmasında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Görkəmli sənət adamlarının - şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin təzahürüdür.

 

 

Mənəvi irsin işığında

 

 

Ölkə rəhbərinin həyata keçirdiyi inkişaf siyasətində mədəniyyət xüsusi yer tutur. Bu sahədə 600-dən çox fərman və sərəncam imzalanıb, böyük investisiya tutumlu proqramlar icra olunub. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, Avropa Şurası, Avropa İttifaqı, ICESCO və başqa nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub.

Azərbaycan öz milli-mənəvi dəyərlərini, tarixi şəxsiyyətlərini dünyada təbliğ edir. Beynəlxalq ictimaiyyət bizi tarix boyu bəşər mədəniyyətinə ciddi töhfələr vermiş mütəfəkkirlərimizin mənəvi irsi işığında tanıyıb dəyərləndirir. Nəsimi, Nizami, Şirvani, Xəqani, Xurşidbanu Natəvan, Vaqif, Mirzə Cəlil, Haqverdiyev, Üzeyir bəy Hacıbəyli və başqa böyük şəxsiyyətlərimizin yaradıcılığına xüsusi diqqət yönəldir. Dövlət rəhbərimizin təşəbbüsü ilə “Nəsimi ili”, “Nizami ilinin elan olunması böyük dühalarımızı cəmiyyətimizə də, gənc nəsillərimizə də fərqli yöndən tanıdır.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2019-cu il ölkəmizdə “Nəsimi ilielan olundu. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi. Nəsiminin yubileyi Parisdə - UNESCO-nun mənzil-qərargahında da qeyd edildi.

Prezidentin xüsusi sərəncamı əsasında isə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci il ölkəmizdə “Nizami ili” elan olundu. Bu il isə “Şuşa ilidir.

Vətəndaşlarımızın rifahına xidmət edən sosial siyasət, müasir çağırışlara uyğun davamlı islahatlar, dayanıqlı inkişafa zəmin yaradan zəruri əsaslar, cəmiyyətimizdə milli vəhdətin, hərtərəfli tərəqqi mühitinin təmin olunması Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı mühüm nailiyyətlərdir.

 

 

 

Şəxsiyyətlərimizə ehtiram

 

 

 

2021-ci il humanitar tədbirlərlə zəngin olmuşdur. Dövlət rəhbərimiz tərəfindən görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı mühüm sərəncamlar imzalanmışdır. Bu, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı idi. Azərbaycan Prezidentinin məşhur elm xadimi, dünya şöhrətli həmvətənlimiz Lütfi Zadənin 100 illiyinin keçirilməsi haqqında imzaladığı sərəncam da tarixi şəxsiyyətlərimizə ehtiramın daha bir nümunəsi olmuşdur.

Prezident İlham Əliyev tanınmış, sevilən bəstəkarımız Tofiq Quliyevin abidəsinin ucaldılması, Azərbaycan rəssamları Kamil Əliyevin Mikayıl Abdullayevin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlarda bu şəxsiyyətlərin yaradıcı irsinin öyrənilməsi, təbliği xüsusi vurğulanmışdır.

2021-ci ildə Azərbaycanın bir sıra mədəniyyət təhsil ocaqlarının da yubileyi keçirilmişdir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının 90, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100, AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80, C.Naxçıvanski adına Hərbi Liseyin 50, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100, İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ölkə rəhbərinin sərəncamları ilə qeyd edilmişdi.

Görkəmli sənət adamlarının əlamətdar günlərdə təltif edilməsi ilə bağlı xoş ənənələrə uyğun olaraq bir sıra şəxslərə Azərbaycan Respublikasının yüksək mükafatları verilmişdir.

Azərbaycanın 2021-ci il üzrə mədəniyyət gündəminin mühüm bir hissəsi erməni işğalından azad edilmiş Şuşa şəhəri ilə bağlı olmuşdu. Dövlət rəhbərimizin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdi. Bu il Fikrət Əmirovun 100, Xurşidbanu Natəvanın 190 illik yubileyləri dövlət səviyyəsində qeyd olunacaq. Belə mədəniyyət tədbirləri dünyamızı saflaşdırır, insanları pis niyyətlərdən, mənfi emosiyalardan təmizləyir, onların sülh əmin-amanlıq içində yaşamaq, bəşəriyyətə fayda vermək əzmini artırır.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2022.- 15 aprel.- S.7.