"Azərbaycan Respublikası
Hökuməti ilə Qətər Dövləti Hökuməti
arasında Birgə İqtisadi, Ticarət
və Texniki Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 iyun tarixli 2125 nömrəli
Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 iyun tarixli 2125 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 6, maddə 1128; 2021, ¹ 7, maddə 815) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini" sözləri "Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini" sözləri ilə əvəz edilsin;
1.2. "Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini" sözlərindən sonra "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində edilən dəyişiklik barədə Qətər Dövləti Hökuməti tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 aprel 2022-ci il
Azərbaycan.- 2022.- 17 aprel.-
S.2.