Azərbaycan və Özbəkistanın
qanunverici orqanları arasında əməkdaşlığa
dair iki sənəd
imzalanıb
Milli
Məclisin sədri Sahibə Qafarovanın
başçılıq etdiyi parlament nümayəndə heyətinin
Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində
aprelin 1-də Azərbaycan və Özbəkistanın
qanunverici orqanları arasında əməkdaşlıq
haqqında saziş və 2022-ci il üçün "Yol xəritəsi"nin
imzalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, hər iki sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.
Qanunverici
orqanların rəhbərləri bu sənədlərin
parlamentlər arasında əməkdaşlığın daha
da dərinləşməsinə, qanun
yaradıcılığında təcrübə mübadiləsinin
genişlənməsinə əsaslı töhfə verəcəyinə
inamlarını ifadə ediblər. Qeyd
olunub ki, qanunverici orqanlar
arasında münasibətlərin inkişafı ölkələrimiz
və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə
şərait yaradır.
Azərbaycan.-2022.- 2 aprel.- S.3.