Milli Məclisin deputatı yenidən MDB PA komissiyasının sədr müavini vəzifəsinə seçilib

 

Aprelin 15-də MDB PA-nın Mədəniyyət, informasiya, turizm idman üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, MDB PA-da Azərbaycanı deputatlar Rauf Əliyev Tamam Cəfərova təmsil ediblər.

Tədbir MDB PA-nın Mədəniyyət, informasiya, turizm idman üzrə daimi komissiyasının sədr müavini Rauf Əliyevin moderatorluğu ilə keçib.

Əvvəlcə təşkilati məsələlər həll edilib, Müstəqil Dövlətlər Birliyinin 2023-2025-ci illər üçün hazırlanan model qanunvericilik işlərinin perspektiv planına təkliflər nəzərdən keçirilib.

Milli Məclisin deputatı Rauf Əliyev yenidən MDB PA-nın Mədəniyyət, informasiya, turizm idman üzrə daimi komissiyasının sədr müavini vəzifəsinə seçilib.

Sonra gündəlikdəki qanunvericilik məsələlərinə baxılıb.Kinematoqrafiyaya dövlət dəstəyi haqqında”, “Teatr teatr fəaliyyəti haqqında” model qanunların MDB dövlətləri üçün model Əqli Mülkiyyət Məcəlləsinin yeni redaksiyada təqdim olunmuş layihələri müzakirə edilib, “Televiziya radio yayımı haqqında”, “Elektron kommunikasiyalar haqqında” model qanun layihələrinin hazırlanması məsələləri müzakirə edilib.

Həmçinin deputatlar mədəniyyət turizm sahələrində rəqəmsal inkişaf üzrə model qanun yaradıcılığının perspektiv istiqamətlərinin təhlili layihəsinin hazırlanması, komissiyanın 2021-ci ildə gördüyü işlər, MDB PA-nın 30 illiyinə həsr olunmuş tədbirlər digər məsələlərə münasibətlərini bildiriblər.

Yekunda komissiyanın növbəti iclasının tarixi ilkin gündəliyi müəyyənləşdirilib.

 

Azərbaycan.- 2022.- 16 aprel.- S.3.