Ordu quruculuğunda yeni mərhələ başlayıb

 

Böyük zəfərdən sonra da Azərbaycan Silahlı Qüvvələrinin döyüş imkanlarının yüksəldilməsi prioritet olaraq qalır

 

 Azərbaycanda ordu quruculuğu, qoşunların döyüş hazırlığının yüksəldilməsi həmişə prioritet məsələlərdən biri olub.  Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu Prezident İlham Əliyev tərəfindən sürətlə davam etdirilib, qoşunların döyüş hazırlığı ən müasir hərbi çağırışlar səviyyəsinə çatdırılıb.

Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordumuzun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bu baxımdan 2020-ci ilin Vətən müharibəsində qazanılan möhtəşəm hərbi zəfər İlham Əliyevin nə qədər müdrik lider olduğunu göstərdi.

 

Ən müasir hərbi texnikalar silahlar arsenala daxil edilir

 

Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət şücaət nümayiş etdirdi, dünyanın hərb tarixində yeni  nümunələr yaratdı. Hansı ki, hətta güclü hərbi imkanlara malik olan dövlətlər belə Azərbaycan Ordusunun 44 günlük savaşda yaratdığı döyüş təcrübəsinə böyük maraq göstərirlər. Silahlı Qüvvələrimizin kompleks inkişafı modernləşdirilməsi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi strategiya taktikasının səmərəliliyi döyüş meydanında əhəmiyyətli nəticəni verdi.

Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu, qoşunların döyüş hazırlığının daha da artırılması prosesini dayandırmayıb. Postmüharibə ili olan 2021-ci ildə ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Hərbi quruculuq, bütün qoşun növlərinin texnika silah-sursatla təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün hərbi sahəyə ayrılan maliyyə vəsaitləri artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycana ən müasir hərbi texnikalar, silahlar gətirilib. Ötən ildən etibarən Azərbaycan Ordusu üçün yenilik olan Komando briqadalarının yaradılmasına başlanılıb. Yüksək döyüş hazırlığına malik bu hərbi hissələrin şəxsi heyəti istənilən hərbi vəzifəni icra etməyə qadirdir. Yeni Komando birliklərinin yaradılması ordumuzun gücünü böyük dərəcədə artırıb.

O cümlədən qoşunların yüksək döyüş hazırlığını təmin etmək məqsədilə hərbi təlimlərin keçirilməsi davamlı şəkil alıb.  Əməliyyat-taktiki təlimlər göstərir ki, döyüş qabiliyyətinin gücləndirilməsi, şəxsi heyətin döyüş vərdişlərinin yüksəldilməsi hər zaman prioritet olaraq qalır.

 

qədər lazımdırsa, vəsait ayrılacaq

 

Təbii ki, müharibə böyük təcrübə oldu. Bu gün ordumuzun döyüş qabiliyyətinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərdə bu amilin böyük rolu var. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bu barədə söz açıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, müharibənin 44 gününün hər günü dərindən təhlil edildi: "Bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü - Komando növü yaradılmışdır Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər".

Prezident İlham Əliyev ordu quruculuğu ilə bağlı bəzi məsələləri ictimaiyyətə açıqladı. Beləliklə, yeni mərhələdə komandoların sayı ildən-ilə artırılacaq, hazırlıqlı döyüşçülərin hazırlanması davam edəcək. O cümlədən İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılıb yenə artırılacaq. Hərbi məsələlərin həlli üçün qədər lazımdırsa, o qədər vəsait ayrılacaq.

Vətən müharibəsindəki zəfərdən sonra ordumuzun döyüş qabiliyyəti daha da yüksəkdir. Azərbaycan Ordusunun daha da artan gücü həm Ermənistandakı revanşistlərə xəbərdarlıqdır. Bundan nəticə çıxarmaq istəməyənlər mütləqdəmir yumruğ”un zərbəsini hiss edəcəklər.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.-16 aprel.- S.4.