İstanbulda Türk
Dövlətləri Təşkilatına
üzv ölkələrin
Dini Liderləri Şurasının ilk toplantısı
keçirilir
Aprelin 15-də İstanbulda Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin
Dini Liderləri Şurasının ilk – təsis
toplantısı keçirilir.
AZƏRTAC xəbər
verir ki, tədbirdə ölkəmiz
Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri
şeyxülislam Allahşükür
Paşazadənin rəhbərlik
etdiyi nümayəndə
heyəti ilə təmsil olunur.
Toplantı Türkiyə Respublikasının
Diyanət İşləri
Başqanlığının dəvəti, Türk Dövlətləri Təşkilatının
Baş katibi Bağdad Amreyevin rəhbərliyi ilə baş tutub.
Mərasim “Qurani-Kərim” ayəsinin oxunması ilə başlayıb.
Sonra Türkiyə Respublikasının
Diyanət İşləri
Başqanlığının fəaliyyətlərini özündə
əks etdirən videoçarx nümayiş
olunub.
Qonaqları salamlayan Türkiyə Diyanət işləri rəhbəri Ali Erbaş Türk Dövlətləri
Təşkilatının təsisinin
bu quruma üzv ölkələr, eləcə də türk dünyası üçün əhəmiyyətindən
danışıb. Hazırda bütün
dünyanın çətin
sınaqlardan keçdiyini
bildirən A.Erbaş bu kimi tədbirlərin
keçirilməsində əsas
məqsədin bütün
müsəlmanları bir
amal altında birləşdirmək olduğunu
deyib.
Türk Dövlətləri Təşkilatı
Ağsaqqallar Şurasının
sədri Binəli Yıldırım Ramazan ayı münasibətilə
iştirakçıları təbrik edib, toplantının təşkilində
əməyi keçənlərə
minnətdarlığını bildirib. Təşkilatın adının dəyişdirilərək
yenidən təsis edilməsinin əhəmiyyətini
vurğulayan B.Yıldırım
təşkilat tərəfindən
keçirilən tədbirlərin
əsas məqsədinin
bütün türk dünyasının birliyi,
sülh və əmin-amanlıq içində
yaşamasına töhfə
vermək olduğunu bildirib. Qeyd edilib ki, hazırda yaşadığımız,
xüsusilə islamofobiya,
terror kimi hadisələrin
daha qabarıq şəkildə meydana çıxdığı bu
çətin dövrdə
ortaq fikrə ehtiyac var.
Türk Dövlətləri
Təşkilatının Baş
katibi Bağdad Amreyev qurumun üzv ölkələr arasında hər sahə üzrə sıx əməkdaşlıq
etdiyini bildirərək,
bu toplantının
din sahəsi üzrə
də ortaq fikirlərlə seçiləcəyinə
əminliyini vurğulayıb.
Qardaş ölkələr
arasındakı bu əməkdaşlıqların liderlərin düzgün siyasəti nəticəsində
hər il
daha da irəlilədiyini
deyən B.Amreyev İstanbulda keçirilən
Liderlər Zirvəsi ilə türk dünyasının gələcəkdə
əməkdaşlıq sahəsinin
müəyyən olunduğunu
deyib.
Toplantıda Azərbaycanın
Türkiyədəki səfiri
Rəşad Məmmədov,
Qazaxıstan Müsəlmanları
İdarəsinin sədri
Müfti Naurızbay Taqanulı, Özbəkistan
Müsəlmanları İdarəsinin
sədri Müfti Nuriddin Xoliknəzərov və Qırğızıstan
nümayəndəsi iştirak
edirlər.
Mərasimdə şeyxülislam Allahşükür
Paşazadə Şuranın
təqdimatı ilə
çıxış edib.
Azərbaycan.- 2022.-16 aprel.- S.5.