Unudulmayan erməni vandalizmi

 

 

Martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür. Gün var ki, sevincinin böyüklüyü ilə, günvar ki, fəlakət və faciələrin əzəməti ilə insanların yaddaşında daim yaşayır.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü isə həyəcanla, hüznlə xatırlanan günlərdən biridir. Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü paytaxt Bakıdan tutmuş respublikamızın bütün bölgələrində, ən ucqar kənd və qəsəbələrində, eyni zamanda dünyanın bir çox ölkəsində kədər hissi ilə qeyd olunur

1918-ci il martın 30-u ilə aprelin 3-ü arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetidaşnak erməni silahlı dəstələrinin törətdikləri soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüş, yüzlərlə ailə ölümdən, zülm və zillətdən qurtulmaq üçün qonşu ölkələrə qaçmışdır.

Bakıda üç gün davam edən qırğınlar zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişlər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri barədə yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvillİnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilis və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.

Bu hadisələrin dəhşətini göz önünə gətirmək üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi məqamları xatırlamaq kifayətdir: 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.

 

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

 

1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü ermənilər tərəfindən pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

 

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüşya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

 

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, yaşadıqları evlər yerləyeksan edilmiş, nəticədə kəndlər tamamilə xarabazarlığa çevrilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi tamamilə məhv edilmişdir.

 

Saxtakarlığı, milli dövlətçiliyə qarşı xəyanəti, azərbaycanlıların soyqırımına hesablanmış qətliamları, kütləvi qırğınları tarix heç vaxt unutmur. Bolşevik qiyafəsində terrorçuDaşnaksütyun” təşkilatının ordu birləşmələri ilə azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsində qəddarlıqları ilə seçilən Şaumyan, Lalayan, Andronik, Njde, Dro və digər erməni “qəhrəman”larının tarixi faktlarla sübuta yetirilmiş vandalist əməlləri bunu deməyə tam əsas verir. Qeyd etdiyimiz kimi, bu vandallıq ötən əsrin əvvəllərindən başlayaraq 1918-ci ilin martında Bakıda, daha sonra bölgələrdə xüsusi qəddarlıqla davam etdirilmişdir.

 

Ekspertlər tərəfindən mart qırğınlarında respublikamızda öldürülən əhalinin sayının 8,10,12, bəzən də 15 min nəfər olduğu deyilsə də, xarici mənbələrdə təkcə Bakıda 20-25 min nəfərin öldürüldüyü göstərilir. Məsələn, İngiltərənin arxiv sənədlərinə istinadən bildirilir ki, hadisələr zamanı Bakı şəhərinin azərbaycanlı əhalisinin dörddəbir hissəsi öldürülüb. O dövrdə Bakıda yaşayan təqribən 280-300 min nəfər əhalinin 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddəbiri isə 20-25 min nəfər edir. Cümhuriyyətin elan edilməsindən bir neçə ay sonra, iyul ayında Azərbaycan hökuməti qırğınlarla əlaqədar Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Tərkibi qeyri-azərbaycanlılardan ibarət olan bu komissiyanın işindən məlum olmuşdur ki, soyqırımının başlıca məqsədi Azərbaycanın müstəqilliyinin elan edilməsinin qarşısını almaq, ermənipərəst bolşeviklərin əli ilə Abşeron yarımadasını yerli əhalidən təmizləmək və erməniləri burada məskunlaşdırmaq olub.

 

Bu qırğınların o zaman soyqırımı səviyyəsində törədilməsini Azərbaycan bolşeviklərinin özləri də etiraf edirdilər. Dövlət xadimi Nəriman Nərimanovun yazdığı məqalələrdə birmənalı şəkildə vurğulanırdı ki, bütün Qafqazda yalnız bir millət - müsəlmanlar qırılır. Həmin dövrdə bolşevik-erməni, daşnak dəstələri heç partiya mənsubiyyətinə də fərq qoymayıblar. Müsəlmandırsa, bolşevikolsa qətlə yetiriblər, var-dövlətini qarət, ailəsini məhv ediblər.

 

Cənubi Qafqazda ərazisi, torpağı, dövləti, yeri-yurdu olmayan ermənilər müvəqqəti məskunlaşdıqları bölgələrdə yağ-bal içində yaşasalar da, sonda nadanlıqları və xəyanətkarlıqları ilə tanınıblar. Tarixi araşdırmalardan məlum olur ki, onlar hələ ötən əsrin əvvəllərində Azərbaycanda mehriban qonşuluq şəraitində yaşayan almanlara qarşı da qəsbkarlıqla məşğul olublar. Ermənilər yaşadıqları ərazidəki rusları da aldadaraq öz təsir dairələrinə almış, çirkin niyyətlərini həyata keçirməkdən ötrü dəridən-qabıqdan çıxmışdılar.

 

Ölkəmizin qərb bölgəsində, xüsusilə almanların kompakt yaşadığı Helenendorfda (indi Göygöl) onlara qarşı qisasçılıq əməlləri ilə məşğul olublar. Yelizavetpol (Gəncə) şəhərində “Daşnaksütyun” partiyasının bir qrup üzvünə qarşı açılmış “cinayət işi”ndə şəhər pristavı köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək “Daşnaksütyun” partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur edib, o cümlədən şərab istehsalçıları olan ForerQurrdan hərəyə 30 min rubl tələb edib. Qurr bu məbləği ödəyə bilmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə vəhşicəsinə qətlə yetirilib. Bu, ermənilərin almanlara qarşı yeganə qətl hadisəsi deyildi. Bundan əvvəl, 1904-cü il iyulun 4-də Yelizavetpol (Gəncə) Quberniyasının qubernator müavini, milliyyətcə alman olan Andrey Filimonoviç Andreyev, 26 sentyabr 1905-ci ildə Henrih Mayero dönəmdə başqaları da erməni terrorunun qurbanı olmuşlar. Ermənilər çalışmışlar ki, Helenendorf almanlarını daim özlərinin terror basqısı altında saxlasınlar.

 

1920-ci ildə sovetləşmə başlayanda erməni terrorçularının əli-qolu daha geniş açılmışdı. Onlar almanları istədikləri kimi sıxışdırıblar. Almanlar daha çox antisovet fəaliyyətdə təqsirləndirilərək NKVD-dəki erməni məmurlarının əli ilə güllələnib, o cümlədən Helenendorfun əsasını qoymuş Hummellərin bir çoxu Sibirə sürgün edilib. Ermənilərin törətdiyi qətliamlar o həddə çatıb ki, 1934-cü il mayın 14-də onlar Helenendorf klubunun divarlarına “Ermənilər qaniçəndirlər, onlar kəndlilərin son damla qanına qədər sorurlar” şüarları yapışdırılıb.

 

Həmin dövrdə oxşar hadisələr erməni terrorçuları tərəfindən Annenfelddə (Şəmkir) yaşayan almanlara qarşı da törədilib. Almanlara məxsus iki kəndə ardı-arası kəsilməyən gizli hücumlar olub, onlardan terrorçuDaşnaksütyun” partiyasının büdcəsinə pul köçürülməsi, yardım edilməsi tələb olunub. Bu təklifə əməl etməyən alman fermerləri üzüm plantasiyalarında, şərab zavodlarında, su-kanal xətlərində qarət və təxribatlar törətmişlər. Lakin o zaman almanların haqlı şikayətləri dinlənilməyib, yazdıqlarına baxılmayıb və tədbir görülməyib.

 

Xatırladaq ki, ermənilərin Böyük Vətən müharibəsi illərində almanlara dəstək göstərmələri onların xəyanətkar xislətindən xəbər verir. Ömrü böyu almanlarla düşmənçilik mövqeyində olan ermənilər öz çirkin məqsədləri naminə yeri gələndə almanlarla dostluq da edə bilirlər. Görünən odur ki, mövcudluğunu Cənubi Qafqazda tapan erməniləri adam edib, ortaya çıxaran ruslaraRusiya dövlətçiliyinə xəyanəti də gözləniləndir. Təəccüblüsü odur ki, bəşəriyyətin nifrət hədəfinə çevrilmiş insan cəlladlarını ermənilər hər yerdə özlərinin xalq qəhrəmanı səviyyəsinə qaldırmağa çalışıblar.

 

İllərlə ərazi iddiası ilə qırğınlar törədən nadanqatil ermənilərin ötən ilin noyabrınadək 30 ilə yaxın işğal altında saxladıqları Qarabağda, habelə respublikamızın digər bölgələrində davam etdirdikləri işğalçılıq siyasəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsində darmadağın edilmişdir. Nəinki Birinciİkinci Qarabağ savaşlarında, hələ ötən əsrin əvvəllərindən bəri dədə-baba torpaqlarında kütləvi şəkildə öldürülən, kəndbəkənd yandırılan, qətlə yetirilən insanların - istər azərbaycanlı olsun, istər alman, istərsə qeyri-millətdən olanların intiqamı alındı. Bu hüznlü gündə dönüb tarixə nəzər salanda köhnə ənənələrini davam etdirən erməni işğalçı silahlı birləşmələri üzərində qazanılan 2020-ci ilin 10 noyabr tarixli qələbəsi ilə Azərbaycan xalqına qarşı 200 ildən artıq davam edən soyqırımına, haqsızlığa, ədalətsizliyə və ikili siyasətə son qoyan reallıqlar hamını sevindirir.

 

 

 

R.SALMANLI,

Azərbaycan.-2022.- 2 aprel.- S.10.