Qeyri-neft sənayesinin inkişafı
prioritet istiqamət olaraq qalır
İndiyədək ölkənin sənaye zonalarında 6 milyard manatlığa yaxın məhsul istehsal edilib
Azərbaycan iqtisadiyyatının əsasını
neft-qaz sektorunun təşkil etməsi məlum faktdır. O da məlum faktdır ki, ölkənin əsas gəlirləri bu sahədən əldə edilən vəsait hesabına formalaşır.
Neft və qazın isə qiymətləri dünya bazarında sabit olmur. Qiymətlərin kəskin bahalaşması
və ya ucuzlaşması karbohidrogen
məhsullarını ixrac
edən ölkələrin
maliyyə sisteminə
ağır zərbə
vurur.
Bir mühüm
faktor da odur ki, dünyada
neft və qazın qiymətləri təkcə bazarın tələb və təklif qanununa görə müəyyənləşmir. Bir çox
halda bu, siyasi səbəblərlə
bağlı olur.
Dünya
birjalarını idarə
edənlər qiymətləri
siyasi təzyiq və ya sifariş
əsasında müəyyən
edirlər. Rusiya-Ukrayna hadisələrində
də bunun şahidi olduq. Belə ki, hələ müharibə başlamamışdan
əvvəl KİV-lər
vasitəsilə müharibənin
başlayacağı təbliğatını
apardılar. Sanki hamı bir himə
bənd idi. Dünya birjalarında neft və qazın qiyməti sürətlə
yüksəlməyə başladı.
Belə hal son bir neçə
ildə təkrar olunub.
İkinci bir önəmli amil odur ki,
dünya bazarında kataklizmlər baş verəndə ən çox ziyan çəkən ölkələr
xammal ixrac edənlərdir. Əvəzində
sənayesi inkişaf etmiş ölkələr
dünya bazarında baş verən təlatümlərdən az ziyanla çıxırlar. Sənayenin inkişafı
isə iki mühüm məsələyə
görə əhəmiyyətlidir.
Birincisi,
sənaye ölkənin
daxili tələbatının
ödənilməsini təmin
edir. İkincisi isə, məhsul
ixrac edilməklə sabit gəlir qazanılır. Bu iki faktor ölkənin
maliyyə dayanıqlığını
təmin edir.
Son 11 ildə Prezident
İlham Əliyev tərəfindən müəyyən
edilən strategiya əsasında ölkəmizdə
qeyri-neft sektorunun inkişafı istiqamətində
islahatlar aparılır. Məqsəd Azərbaycanı sənaye
ölkəsinə çevirməklə
neft-qaz gəlirlərindən
asılılığı aradan qaldırmaqdır.
İndiki halda ölkənin ixrac potensialının müəyyən hissəsi
neft-qaz məhsulları
olsa da, son illər sənayeləşmə
istiqamətində aparılan
islahatlar sayəsində
qeyri neft-qaz ixracının həcmi ildən-ilə artır.
Ölkəmizdə sənayenin inkişafı
məqsədilə yerli
və xarici sahibkarlar üçün
bir sıra güzəştlər edirlər. İlk növbədə
sənaye park və zonalarında bütün infrastruktur dövlət vəsaiti hesabına icra edilir. Bununla yanaşı, sahibkarlara vergi və gömrük
güzəştlərindən də istifadə etmək imkanı yaradılır. Belə
ki, Vergi Məcəlləsinə və
“Gömrük tarifi haqqında” qanuna uyğun olaraq sənaye parklarının
rezidentləri qeydiyyata
alındıqları tarixdən
7 il müddətinə
mənfəət vergisindən,
əmlak vergisindən,
torpaq vergisindən, istehsal məqsədilə
idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən, həmçinin gömrük
rüsumlarından azad
edilirlər.
Yaradılan sənaye zonalarında indiyədək 5,8 milyard manatlıq məhsul istehsal olunub. Ölkənin daxili tələbatı ödənildikdən sonra 1,7 milyard manatlıq məhsul dünya bazarına ixrac edilib. Bu məhsullar “Made in Azerbaijan” brendi ilə 35 ölkəyə satılıb. Cari ilin yanvar-fevral aylarında isə sənaye zonalarındakı istehsal müəssisələri tərəfindən 436 milyon manat dəyərində məhsul istehsal olunub. Həmin məhsulların 191 milyon manatı ixrac edilib. Cari ilin əvvəlində istehsalın artması müşahidə olunub. Belə ki, sənaye zonaları üzrə məhsul satışı ötən ilin eyni dövrü ilə müqayisədə 76 faiz yüksəlməklə yanaşı, ixracı 138 faiz artıb.
Ölkədə sənaye zonalarının yaradılması qeyri-neft məhsulları ixracının artmasını stimullaşdırır. Cari ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracının dəyəri 6 milyard dollar təşkil edib. Həmin məbləğin 461,8 milyon dolları qeyri-neft sektorunun payına düşür. Bu ilin ilk iki ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal olunan kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4, pambıq ipliyi ixracı 35,2, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 16,5 faiz artıb.
44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz bizə işğaldan azad olunan ərazilərdə sənayeni inkişaf etdirmək üçün yeni imkanlar açır. Artıq bu barədə qərar qəbul olunub. Düşmən işğalından azad edilən torpaqlarda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının yaradılmasına başlanılıb. Hazırda burada infrastrukturun yaradılması üçün müvafiq işlər görülür. Bu sənaye parklarının fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunda məhsul istehsalının çəkisini artıracaq. Hədəfdə qeyri-neft sektorunu inkişaf etdirməklə ölkənin enerji resurslarının satışından asılılığını azaltmaqdır. Bu günə qədər görülən işlər onu göstərir ki, qarşıya qoyulan hədəfə ildən-ilə yaxınlaşırıq.
Rüstəm KAMAL,
Azərbaycan.-2022.- 3 aprel.- S.1-2.