Elektrik sayğaclarının mənzillərdə və evlərdə
quraşdırılması qaydası dəyişib
Elektrik sayğaclarının həyət evlərində quraşdırılması qaydası müəyyənləşib, sayğacların mənzillərdə quraşdırılması qaydası dəyişib.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Elektrik enerjisindən istifadə Qaydaları”na müvafiq dəyişiklik edib.
İndiyə qədər istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilərdi. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalı idi. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalı idi.
Dəyişikliyə
əsasən, yaşayış evlərində və
yaşayış binalarında məişət abonentlərinin
mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji
təchizatı müəssisəsinin vəsaiti hesabına
çıxarılaraq, yaşayış evlərinin
hasarının xarici tərəfində (hasar olmadıqda evin
fasadında), yaşayış binalarının mənzillərinin
girişində, yaxud həmin mənzillərin
pilləkən meydançalarında
quraşdırılmalıdır. Yeni yaşayış evlərində
və yaşayış binalarında məişət abonentlərinin
elektrik sayğacları yaşayış
evlərinin hasarının xarici tərəfində
(hasar olmadıqda evin
fasadında), yaşayış binalarının mənzillərinin
girişində, yaxud həmin mənzillərin
pilləkən meydançalarında kənardan müdaxilə
imkanı olmayan elektrik
lövhəsində quraşdırılmalıdır.
Azərbaycan.- 2022.- 16 aprel.- S.6.