Dərman vasitələrinin qeydiyyata alınması Qaydalarına dəyişiklik edilib

 

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması reyestrinin aparılması Qaydalarına dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, dərman vasitələrinin maddələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçünDövlət rüsumu haqqındaqanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək.

Qeyd edək ki, “Dövlət rüsumu haqqındaqanuna əsasən, dərman vasitələrinin maddələrinin dövlət qeydiyyatı üçün 150 manat rüsum müəyyən edilib.

Dərman vasitələrinin maddələrinin yenidən dövlət qeydiyyatı üçün 100 manat rüsum, dərman vasitələrinin maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə 50 manat rüsum ödənilməlidir.

 

Azərbaycan.- 2022.- 16 aprel.- S.6.