Birinci vitse-prezident Mehriban
Əliyeva Ramazan ayı münasibətilə
paylaşım edib
Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Ramazan
ayı ilə bağlı paylaşım edib.
AZƏRTAC
xəbər verir ki, paylaşımda deyilir: “İnsanları
gözəl niyyətlər və xeyirxah əməllər
naminə birliyə çağıran mübarək Ramazan
ayının başlanması münasibətilə
bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını
səmimi-qəlbdən təbrik edirəm! Allah dualarınızı, tutduğunuz
orucu qəbul etsin, bütün insanlara
sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”.
Azərbaycan.-2022.- 3 aprel.- S.1.