Heydər Əliyev Mərkəzində “III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı işə başlayıb

 

Autizm maarifləndirmə tədbirləri çərçivəsində aprelin 2-də Heydər Əliyev Mərkəzində “III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı başlayıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Regional İnkişafİctimai Birliyi və “Birgə və Sağlamİctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi autizm sindromunun erkən aşkarlaması, müdaxiləsi üzrə xidmətlər, eləcə də autizmli şəxslərin ömür boyu təhsil və məşğulluğunun təmin olunmasında inklüzivmultidisiplinar yanaşmalara əsaslanan qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, eyni zamanda, ictimaiyyətin diqqətini bu şəxslərin problemlərinə yönəltmək, autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.

“bp Azərbaycan”, “Tekfen İnşaat", “Beauttech” və "EKVİTA" şirkətlərinin, Azərbaycan Otellər Assosiasiyası, "Fairmont Baku" ,"Marriott Baku Boulevard" otellərinin, “Ümid var” Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə keçirilən konfransın açılışında çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, tədqiqatlar autizmi yalnız dərmanlar vasitəsilə sağaltmağın mümkün olmadığını göstərir. Bu xəstəliyin əsas müalicəsi ünsiyyət və təlim, həmçinin reabilitasiya yolu ilə həyata keçirilməlidir. O bildirib ki, autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq çox vacibdir.

Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev sağlamlıq imkanları məhdud uşaqlara dəstəyin verilməsinin dövlətin əsas prioritetlərindən olduğunu vurğulayıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə görülən işlər barədə məlumat verib. Bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərə sosial ödənişlər son 4 ildə 3,4 dəfə artırılıb. Son illərdə reabilitasiya mərkəzləri müasir tələblərə uyğun qurulub. 2019-2020-ci illərdə 12 reabilitasiyasosial dövlət müəssisəsi əsaslı təmir olunaraq istifadəyə verilib.

H.Abdullayev deyib ki, Azərbaycanda əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük dəstək göstərir. Bu gün müasir tələblərə cavab verən üç uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir. İl ərzində həmin reabilitasiya mərkəzlərində sağlamlıq imkanları məhdud, eləcə də autizm sindromlu dörd minə yaxın uşaq sosial, peşə fəaliyyətləri ilə əhatə olunur.

Səhiyyə nazirinin müavini İlqar Qasımov çıxışında dövlətimizin xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərdiyi diqqətdən danışıb. Həssas qruplardan olan insanların daim dövlətimizin nəzarətində olduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva qeyd edib ki, son 15 ildə nikah üzrə autizmlə doğulan körpələrin sayında təxminən 2,5 dəfə artım olub. Ölkəmizdə autizmlə bağlı mühüm işlər həyata keçirilir və müəyyən nəticələr əldə olunub. Əhalinin bu istiqamətdə məlumatlandırılmasında müsbət tendensiyalar müşahidə edilir.

A.Sofiyeva dövlətimizin sözügedən sahədə gördüyü işlərdən danışıb. Heydər Əliyevin Fondu tərəfindən autizmli uşaqlar üçün mərkəzin istifadəyə verildiyini xatırladıb. Deyib ki, bu, autizmli uşaqların cəmiyyətə inteqrasiyasına, onlara dəstək verilməsinə yardım edəcək.

Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova autizmli uşaqlara diqqət və qayğının daha da artırılmasının vacibliyini vurğulayıb. O, bütün sahələr kimi, autizm sahəsinin də dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu deyib. Həmçinin autizmli uşaqlara erkən diaqnostikanın əhəmiyyətini vurğulayıb.

Regional İnkişafİctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva bildirib ki, ABA Azərbaycan autizm spektr pozuntusu barədə çoxşaxəli və genişmiqyaslı maarifləndirmə işləri aparır. Bugünkü konfrans autizmi anlamaqanlatmaq baxımından əhəmiyyətlidir.

“Birgə və Sağlamİctimai Birliyinin sədri Aytən Eynalova qeyd edib ki, dünyada hər 44 uşaqdan biri autizm spektr pozuntusu ilə doğulur. Buna görə də autizm bütün cəmiyyətimizin və dünyamızın əsas problemlərindən birinə çevrilməkdədir.

Konfranda videomüraciətlə çıxış edən autizm spektr pozuntu diaqnozlu professor Temple Qrandin öz həyatı barədə danışıb, uşaqlıqda keçirdiyi çətinliklərdən, autizm barədə yazdığı məqalədən danışıb və həyat təcrübələrini bölüşüb.

Təhsil məsləhətçisi Peter Qrimes Azərbaycanda bütün uşaqlar üçün inklüziv təhsil yanaşması haqqında məlumat verib. Bildirib ki, inklüziv təhsilin genişləndirilməsi üçün əvvəlcə inklüziv məktəblərin qurulması vacibdir. Son 5 il ərzində ölkəmizdə apardıqları araşdırmalar, təlimlər barədə danışan təhsil məsləhətçisi bu sahədə təlim keçən müəllimlərin təcrübələrinin artırılmasının vacibliyini vurğulayıb.

Digər təhsil məsləhətçisi Marieke Stevens isə Azərbaycanda apardıqları iki tədqiqat barədə məlumat verib, statistik rəqəmləri diqqətə çatdırıb. Azərbaycanda məhdud imkanlara malik olan uşaqlara dəstək formalarını diqqətə çatdırıb. Həmçinin müəllimlərin təlimlərdən keçməli olduğunu vurğulayıb. M.Stevens müəyyən qurumların bu istiqamətdə monitorinq aparmalı olduğunu bildirib: “Biz Azərbaycanda son illərdə inklüziv təhsillə bağlı inkişafın olduğunu görürük. Keçən ilin noyabrında apardığımız tədqiqatlar göstərdi ki, autizmli uşaqlara diqqət və qayğı göstərilir. Həmin uşaqlar keçirilən təlimlərdən sonra inkişaf edir”.

Çıxış edən Biruni Universiteti, BCBA-D, “BBA” şirkətinin icraçı direktoru Binyamin Birkan autizmli uşaqların ümumtəhsil məktəblərinə hazırlanmasında xüsusi təhsilin əhəmiyyəti və sistemli zəifləmə haqqında məlumat verib. O, autizmli uşaqların müxtəlif sahələrdə inkişafının vacibliyini diqqətə çatdırıb.

Sonda “Let’s Make a Contract” kitabının təqdimatı imzalanma mərasimi baş tutub.

Konfransa aprelin 3-də autizmli gənc pianoçu Əlisahib Bayramovun müşayiəti və incəsənət xadimlərinin iştirakı ilə keçiriləcək konsert proqramı ilə yekun vurulacaq.

 

 

Azərbaycan.-2022.- 3 aprel.- S.2.