Azərbaycan parlament
nümayəndə heyəti Özbəkistanda Prezident
məktəbində və Həzrəti İmam
Məscid kompleksində olub
Milli
Məclisin sədri Sahibə Qafarovanın
başçılıq etdiyi Azərbaycan parlament nümayəndə
heyəti aprelin 2-də Özbəkistan Respublikasına rəsmi
səfər çərçivəsində Daşkənd
şəhərində fəaliyyət göstərən
Prezident məktəbində olub.
AZƏRTAC
xəbər verir ki, burada nümayəndə heyətinə məlumat
verilib ki, ən müasir standartlara cavab verən məktəbdə
qabaqcıl tədris texnologiyaları tətbiq olunur. Milli Məclisin
sədri Sahibə Qafarova məktəbə xatirə hədiyyəsi
və kitablar təqdim edib.
Nümayəndə
heyəti Daşkənd şəhərində Həzrəti
İmam Məscid kompleksi ilə də tanış olub. Məlumat
verilib ki, bu məscid 2007-ci ildə inşa olunub. Məscidin
tikintisi zamanı milli özbək memarlığının
elementlərindən geniş istifadə edilib.
Milli
Məclisin nümayəndə heyəti XVI əsrdə
inşa olunmuş “Muyi-mübarək” mədrəsəsinə
və Özbəkistan Müsəlmanları İdarəsinin
kitabxanasına da baxıb. Kitabxananın Fondunda VII əsrə
aid “Qurani-Kərim” və digər nadir Şərq əlyazmaları
saxlanılır.
Azərbaycan.-2022.- 3 aprel.- S.3.