Ortaq dəyərlərə söykənən münasibətlər
Aprelin 18-də Milli Məclisin sədr müavini, Qazaxıstanla parlamentlərarası işçi qrupunun rəhbəri Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb.
Görüş zamanı vitse-spiker iki ölkə arasındakı münasibətlərin tarixindən danışaraq, Azərbaycan və Qazaxıstanın ortaq dəyərlərə malik olduğunu qeyd edib. Bildirib ki, ölkələrimiz arasında uzun illərdən bəri davam edən dostluq münasibətlərinin yüksələn xətlə inkişaf etdirilməsi xalqlarımızın mənafeyinə xidmət edir. Parlamentlərarası münasibətlərin inkişafında dostluq qruplarının fəaliyyətinə toxunan sədr müavini, Qazaxıstan parlamenti deputatlarının Şuşa və Füzuli şəhərlərinə səfər etdiklərini yada salıb. Diqqətə çatdırıb ki, bu səfər zamanı qazaxıstanlı həmkarlarımız Ermənistanın 30 ilə yaxın müddətdə törətdiyi dağıntıları, vandallıq aktlarını, məhv edilmiş mədəni-tarixi abidələrimizin qalıqlarını gözləri ilə görüblər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun düşmən işğalına son qoyaraq beynəlxalq hüququn prinsiplərini və ərazi bötövlüyümüzü uzun illərdən sonra bərpa etdiyini deyən vitse-spiker, hazırda regionda yeni reallığın yarandığını qeyd edib.
Vitse-spiker Ermənistandakı bəzi dairələrin sülh danışıqlarına əngəl olmağa cəhd etdiyini, separatçı-terrorçu rejimi dəstəkləyən revanşist hərəkətlərin yolverilməz olduğunu qeyd edib.
Səfir Serjan Abdıkərimov ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsindən məmnunluğunu ifadə edərək, qardaş Qazaxıstanın hər zaman Azərbaycanın haqq işinə dəstək olduğunu və onun mənafelərini istər ikitərəfli, istərsə də beynəlxalq səviyyədə müdafiə etdiyini diqqətə çatdırıb.
Daha sonra səfir Milli Məclisin sədr müavini Adil Əliyevə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə və verdiyi töhfəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən “Qazaxıstanın müstəqilliyinin 30 illiyi” medalı ilə təltif edildiyini bildirib və medalı vitse-spikerə təqdim edib.
Səfir, həmçinin
Adil Əliyevi Azərbaycan-Qazaxıstan
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
kimi göstərdiyi uğurlu
fəaliyyətə görə Qazaxıstan Xalq
Assambleyası tərəfindən “Qazaxıstan Xalq Assambleyasının Dostluq
Elçisi” adı ilə təltif edilməsi
münasibətilə təbrik edib.
Ülkər
XASPOLADOVA
Azərbaycan.-
2022.-19 aprel.- S.2.