Azərbaycanın parlament nümayəndə heyəti Özbəkistandakı
Heydər Əliyev adına Mədəniyyət Mərkəzində
olub
Milli
Məclisin sədri Sahibə Qafarovanın
başçılıq etdiyi parlament nümayəndə heyəti
aprelin 2-də Azərbaycanın Özbəkistandakı səfirliyinin
nəzdində Heydər Əliyev adına Mədəniyyət
Mərkəzində olub.
AZƏRTAC
xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Mərkəzin
qarşısında ulu öndər Heydər Əliyevin abidəsi
önünə əklil qoyub, nümayəndə heyətinin
üzvləri gül dəstələri düzüblər.
Mərkəzin
rəhbəri Samir Abbasov nümayəndə heyətinə məlumat
verib ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Özbəkistana səfəri zamanı
istifadəyə verilib.
Daşkənd
şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər
Əliyev küçəsində yerləşən mərkəzdə
Heydər Əliyev, Azərbaycanın dövlətçilik
tarixi, Azərbaycan və Özbəkistanın müştərək
dostluq muzeyləri fəaliyyət göstərir.
Azərbaycanın
parlament nümayəndə heyətinin üzvləri Mədəniyyət
Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat
və fəaliyyətinin müxtəlif dövrlərini əks
etdirən materiallar, dövlət rəhbərləri ilə
görüşlərini əbədiləşdirən fotosənədlər,
görkəmli şəxslərin Ulu Öndər haqqında
fikirləri, həmçinin respublikamızın tarixin
müxtəlif dövrlərinə aid xəritələri,
tarixi sənədlər, görkəmli şəxsiyyətlər
barədə məlumatlar, Azərbaycanla Özbəkistan
arasında qədim tarixi və mədəni əlaqələrdən,
bu gün inkişaf edən münasibətlərimizdən bəhs
edən eksponatlar ilə tanış olublar.
Azərbaycan.-2022.- 3 aprel.- S.3.