Gəncə terroru
qurbanlarının xatirəsi anılıb
Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət nümayəndə heyəti Ermənistan ordusunun oktyabr ayında cəbhə bölgəsindən aralıda yerləşən Gəncə şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsini anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri qoyublar.
Bildirilib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törədilmiş terror aktı Xocalı soyqırımından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən yeni bir dəhşətli faciədir. Xocalı soyqırımını törədən cinayətkarlar cəzasız qaldıqları üçün bu gün də qanlı terror aktları törədilir. Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.
Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.
Ümumilikdə
Ermənistan hakimiyyətinin tapşırığı əsasında
təkcə Gəncə və Bərdə deyil,
eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ,
Goranboy, Ağcabədi, Xızı və
digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər
nəticəsində 12-si uşaq, 27-si
qadın olmaqla, 93 mülki
şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb,
ümumilikdə 12292 yaşayış və
qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə
ziyan dəyib.
Azərbaycan.- 2022.- 19 aprel.- S.7.