Düşmənin başını əzən “dəmir yumruq

 

 

Ermənistan öhdəliklərini yerinə yetirmədikcə, hərbi təxribatlara yol verdikcə onun zərbəsini hiss edəcək

 

 

“Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

Prezident İlham Əliyev bu sözləri ötən il sentyabrın 27-də Anım günü münasibətilə xalqımıza müraciətində demişdi. Ondan əvvəl də dövlət başçısı Ermənistana və ona havadarlıq etmək istəyənlərə xəbərdarlıq etmiş, “dəmir yumruğun yerində olduğunu bildirmişdi. 2020-ci ilin 10 noyabrından sonra düşmən İlham Əliyevin bu sözlərinin gerçək təsdiqini bir neçə dəfə görüb. Nəinki görüb, başından aldığı zərbə ilə hiss edib. 44 günlük müharibədən sonra da ordumuz üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif təxribatçı hərəkətlərə yol verən Ermənistanı layiqincə cəzalandırıb.

Hələ ötən ilin noyabrında  Kəlbəcər və Laçın rayonları istiqamətində baş verənləri yəqin ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi heç vaxt unuda bilməyəcək. Həmin vaxt Ermənistanın hərbi birləşmələri yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə qəfil hərbi əməliyyata başlamışdı. Həmin günlərdə Azərbaycan Ordusunun qətiyyəti nəticəsində Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğradılmışdı. “Dəmir yumruğu hiss edən düşmənin bölmələri döyüş meydanından qaçmış, onların hərbi texnikaları məhv edilmişdi. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılmış, xeyli sayda müxtəlif çaplı silahkülli miqdarda sursat qənimət kimi ələ keçirilmişdi.

Martın 26-sı səhər saatlarında dumanlı hava şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, ordumuz öz qarşısında duran vəzifələri layiqincə yerinə yetirir, mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi işlərini uğurla həyata keçirir. Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

10 noyabr üçtərəfli Bəyanatına əsasən darmadağın edilmiş işğalçı ordunun qalıqları əraziləri tərk etməli idilər. Lakin bu, baş verməyib və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan qanunsuz erməni silahlı dəstələri təxribatçı fəaliyyətlərini davam etdirirlər. Ermənistan bəyanatın 6-cı maddəsini pozaraq Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir.

Bölgədə sülhsabitliyin təmin olunması yalnız üçtərəfli Bəyanatın bütün müddəalarının qeyd-şərtsiz icrasından asılıdır. Ermənistanın birgə bəyanatın əksinə olan digər bütün addımları yalnız sülh quruculuğu prosesinə maneədir. Lakin Ermənistan bunları hələ də dərk etmək reallığından uzaqdır və hələ də saxta ittihamlarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edir. Azərbaycanın “dəmir yumruğu isə həmişə düşməni başından vurmaq üçün hazır vəziyyətdədir. Nə qədər ki, Ermənistan üçtərəfli Bəyanatın müddəalarına əməl etməyəcək, nə qədər ki, qanunsuz silahlı birləşmələr Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizi tərk etməyəcək və nə qədər ki, hərbi təxribatlara yol verəcəklər, “dəmir yumruqöz sözünü deyəcək.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 3 aprel.- S.6.