ADA Universitetində xarici siyasət
proqramı çərçivəsində praktiki
məşğələ və seminarların ikinci
mərhələsi yekunlaşıb
ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu xarici siyasət proqramı çərçivəsində keçirilən praktiki məşğələ və seminarların ikinci mərhələsini uğurla yekunlaşdırıb.
Bu barədə
AZƏRTAC-a ADA Universitetindən
məlumat verilib. Bildirilib ki, İnkişaf və Diplomatiya İnstitutunun xarici siyasət proqramı tərəfindən
keçirilən praktiki
məşğələ və
seminarlarda Enerji, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Xarici İşlər, Mədəniyyət,
Təhsil, Ekologiya və Təbii Sərvətlər, eləcə
də İqtisadiyyat nazirliklərinin əməkdaşları
ilə yanaşı, bir sıra dövlət
qurumlarının, agentliklərin
30-a yaxın nümayəndəsi
iştirak edib.
Seminar çərçivəsində
İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, tədqiqat
və nəşrlər
üzrə direktoru Damyan Krnceviç Mişkoviç və Enerji və davamlı inkişaf şöbəsinin direktoru
Əhməd Hümbətov
diplomatiya, davamlı inkişaf və enerji məsələləri
üzrə çıxış
ediblər.
İştirakçılar Beynəlxalq
Münasibətlərin Təhlili
Mərkəzinin İdarə
Heyətinin üzvü
Esmira Cəfərova, Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədr müavini Fuad Hüseynov və AZPROMO-nun departament direktoru Sevil Əbilovanın mühazirələrini
dinləyiblər.
Tədris müddəti ərzində
ADA Universitetinin İctimai
və beynəlxalq münasibətlər, eləcə
də İqtisadiyyat fakültələrinin dekan
və müəllimləri
iştirakçıları zəruri bilik və bacarıqlarla təmin ediblər.
Proqramı tamamlayan iştirakçılara
İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və
direktor müavini Aygün Hacıyeva sertifikatlar təqdim ediblər.
Bağlanış mərasimində
çıxış edən
İxtisasartırma proqramlarının
rəhbəri Nərgiz
İsmayılova bildirib
ki, ADA Universiteti nəzdində yeni təsis edilən İnkişaf və Diplomatiya İnstitutu tərəfindən təqdim
edilən xarici siyasət proqramının
əsas məqsədi
dövlət və özəl sektorda fəaliyyət göstərən
mütəxəssislərin peşəkar inkişafını
dəstəkləməkdir.
Xatırladaq ki, İnkişaf və Diplomatiya İnstitutunun xarici siyasət proqramı çərçivəsində praktiki məşğələ
və seminarların ikinci mərhələsi aprelin 11-14-də keçirilib.
Azərbaycan.- 2022.- 19 aprel.- S.8.