Azərbaycan multikulturalizm ənənələrinin
inkişafına görə nümunəvi ölkədir
Qarabağ Azərbaycandır!
Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkandır. İki fərqli sivilizasiya - Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycan öz nüfuzunu gücləndirməkdədir. Sevindiricidir ki, ölkəmiz bu gün bütün dünyada bir sıra sahələrdə uğurları ilə yanaşı, həm də yüzilliklər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunması, multikultural mühitin təmin edilməsi ilə də tanınır.
Multikulturalizm
siyasəti Azərbaycanın dövlət siyasətidir. Bu sahə dövlətin daim diqqətindədir. Prezident
İlham Əliyev çıxışlarında Azərbaycanın
multikultural dəyərlərini
həmişə yüksək
qiymətləndirir: "Azərbaycan
sivilizasiyaların, mədəniyyətlərin
və dinlərin kəsişməsində yerləşir.
Biz Avropa və
Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi
yerləşmə Azərbaycanın
mədəni müxtəlifliyində
öz rolunu oynayıb. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların
nümayəndələri yaşayır
və ölkəmizin
uğurlu inkişafına
öz töhfələrini
verirlər. Düşünürəm ki, bu, bizim
ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur
duyuruq və multikulturalizm dəyərlərinin,
sülh, əməkdaşlıq
və qarşılıqlı
anlaşmanın təşviqi
üçün müxtəlif
beynəlxalq tədbirlər
keçiririk. Hesab edirəm
ki, müsbət meyillərin güclənməsi
üçün dünyada
belə tədbirlərə,
açıq müzakirələr
və fikir mübadiləsinə ehtiyac
var. Təəssüflər olsun ki, hazırda
dünyanın müxtəlif
yerlərində baş
verənlər dərin
narahatlıq doğurur.
Biz mənfi istiqamətdə
cərəyan edən
meyillərin şahidi
oluruq. Bu səbəbdən ölkələri,
sivilizasiyaları və
dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli
olduğunu açıq
və səmimi şəkildə müzakirə
etməliyik. Gərginliyin, nifrətin azaldılması
beynəlxalq gündəmin
ən mühüm məsələlərindəndir".
Ölkəmizdə multikultural vəziyyəti
daha da möhkəmlətmək
məqsədilə bir
sıra mühüm tədbirlər həyata keçirilir. Dövlətimizin
başçısı İlham
Əliyevin 28 fevral
2014-cü il tarixli sərəncamı ilə
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
dövlət müşavirliyi
xidmətinin, 7 may 2014-cü il tarixli fərmanı
ilə isə Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun, 15 may
2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılmasını, eləcə
də Prezidentin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm
ili" elan edilməsini və 11 mart
2016-cı il tarixli Sərəncamı ilə
"2016-cı ilin Azərbaycan
Respublikasında "Multikulturalizm
ili" elan edilməsinə dair Tədbirlər Planı"nın
təsdiqi bunun bariz göstəricisidir. Bu sərəncamların və təsisatların hər biri respublikamızın
multikulturalizm siyasətinin
uğurla həyata keçirilməsinə istiqamətlənib.
Bu gün
ölkəmizdə dili
və dini ayrı olan bütün xalqlar bir ailə kimi
mehribanlıq və sülh şəraitində
yaşayırlar. Azərbaycanda mövcud olmuş,
əsrlərin sınağından
çıxmış milli
adət-ənənələrin qorunub saxlanılması, yaşadılması üçün
bütün lazımi
şərait yaradılıb.
Ölkəmizdə azsaylı xalqlar
öz dillərində
qəzet və jurnallar nəşr etdirir, təşkilatlarını
qururlar.
Bakı şəhərində
Səməd Vurğun
adına Rus Dövlət Dram Teatrı
ilə yanaşı, respublikanın bir çox aparıcı teatrında rus truppaları, Lənkəranda
Dövlət Dram Teatrı,
Qusarda Ləzgi Dövlət Dram Teatrı,
Qaxda Gürcü Dövlət Teatrı, eləcə də respublikamızın paytaxtında
və Azərbaycanın
bir sıra bölgələrində milli
azlıqların 40-dan çox
musiqi və folklor kollektivi fəaliyyət göstərir.
Azərbaycanda mütəmadi olaraq dünyada mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoqun təşviq olunmasına həsr olunmuş bir çox beynəlxalq forumlar, konfranslar, müxtəlif beynəlxalq
konfranslar keçirilir. 2008-ci ildən
Prezident İlham Əliyevin təşəbbüsü
ilə "Bakı Prosesi"nə start verilib.
Həmçinin Bakı
şəhəri artıq
uzun illərdir ki, Mədəniyyətlərarası
Dialoq Forumları, Beynəlxalq Humanitar Forumları, Dünya Dini Liderlərinin Bakı Sammitinə, BMT Sivilizasiyalar
Alyansının 7-ci Qlobal
Forumu kimi mötəbər, möhtəşəm
tədbirlərə evsahibliyi
edir.
Multikulturalizm ideyası Azərbaycan dövlətinin xarici siyasətində də mühüm yer tutur. Ölkəmiz BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər təşkilatların
tamhüquqlu üzvüdür.
Azərbaycan xalqının zəngin multikultural keçmişi
var. Tarix boyu bu məmləkətdə
dinc və qardaşlıq şəraitində
yaşayan millətlər
daim Azərbaycanın
inkişafı, sabitliyi
və ərazi bütövlüyü uğrunda
çalışıblar. Ölkəmizin dar günlərində də, sevincli vaxtlarında da birlik, bərabərlik nümayiş etdiriblər.
2020-ci il
sentyabrın 27-də işğalçı
Ermənistanın təxribatı
nəticəsində başlanan
Vətən müharibəsində
Azərbaycanda yaşayan
bütün xalqların
birliyini, bərabərliyini
bütün dünya gördü.
Azərbaycanda milli və dini
mənsubiyyətindən asılı
olmayaraq, hər bir əsgər və zabit Vətən
müaribəsində erməni
faşizminə qarşı
əsl qəhrəmanlıq
nümunələri göstərərək
ölkəmizin ərazi
bütövlüyünün bərpasına, suverenliyinin
möhkəmlənməsinə nail oldular. Onlar canlarını düşmən
güllələrinə sipər
edərək qalib gəldilər.
Otuz ilə yaxın işğal müddətində
erməni vandalları
tarixi Azərbaycan torpaqlarında mədəni
irsi məhv etmək üçün əllərindən gələni
əsirgəmədilər. Dağlıq
Qarabağda, Şərqi
Zəngəzurda qədim
mədəniyyət abidələrini
uçurub-dağıtdılar. Vətən müharibəsindən sonra
həmin bölgələrdə
Azərbaycan dövlətinin
qərarı ilə genişmiqyaslı və sürətlə bərpa,
tikini-quruculuq işləri
həyata keçirilir.
Şuşada yenidən düzənlənən
"Xarıbülbül" Musiqi Festivalının ilk
günündə ölkəmizdə
yaşayan müxtəlif
xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda
təqdim olundu. Ölkəmizin ayrı-ayrı bölgələrində
yaşayan müxtəlif
xalqların musiqi qrupları və ifaçıları tərəfindən
Azərbaycanın millətindən,
dinindən asılı
olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajı bütün dünyaya çatdırıldı. Festivalın açılışındakı
çıxışında Prezident İlham Əliyev vurğuladı:
"Biz bu gözəl
ənənəni bərpa
etdik və bundan sonra "Xarıbülbül" festivalı
Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini
əhatə edir.
Bugünkü festivalda ölkəmizdə
yaşayan müxtəlif
xalqların nümayəndələri
çıxış edəcəklər.
Bu tövsiyəni festivalın təşkilatçısı
olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən
müharibəsində Azərbaycanda
yaşayan bütün
xalqların böyük
payı vardır.
Vətən müharibəsi
bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaslıq, həmrəylik şəraitində
yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi
ki, ölkəmizdə
milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci
festivalda Azərbaycanda
yaşayan xalqların
nümayəndələri çıxış
edəcəklər və
bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan
mesaj veririk…".
Dövlətimizin başçısının
qeyd etdiyi kimi, ölkəmizdə müxtəlif millətlərin
milli birlik, həmrəylik mühitində,
dostluq, qardaşlıq
şəraitində yaşaması,
bu torpağa qəlbən bağlanması,
onların hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi, azadlığı uğurunda
şəhid olması
44 günlük İkinci
Qarabağ müharibəsində
bir daha öz təsdiqini tapdı.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2022.- 19 aprel.- S.10.