Avropa İttifaqının nümayəndəsi ilə Azərbaycan
və Ermənistan arasında sülh sazişinin hazırlanması məsələləri
müzakirə edilib
Aprelin 19-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 6 aprel tarixli Brüssel görüşünün davamı olaraq, bölgədə mövcud olan cari vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən Brüssel görüşündə əldə edilən razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bölgədə
sülh və təhlükəsizliyin təmin
olunması üçün normallaşma istiqamətində irəliləmə,
o cümlədən delimitasiya
prosesinin başlanması, sülh
sazişinin hazırlanması, humanitar addımların davam
etdirilməsi və bütün kommunikasiya xətlərinin
açılmasının vacibliyi
vurğulanıb.
Azərbaycan.-
2022.- 20 aprel.- S.5.