Təkbətək görüş
Aprelin 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, Qırğızıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Hörmətli cənab Prezident, Sizi Azərbaycanda salamlamağa şadam. Bizim ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, səfər çox səmərəli
olacaq, yaxşı nəticələr verəcək.
Biz bütün sahələrdə fəal
qarşılıqlı əlaqə
saxlamaq əzmindəyik.
Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha
da möhkəmlənməsinə
xidmət edəcək,
çoxlu sənədlər
imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən
əsası Strateji Tərəfdaşlıq haqqında
Bəyannamədir. Bu, bizim münasibətlərimizi
keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.
Biz buna görə
çox şadıq.
Münasibətlərimizin möhkəm təməli
var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir.
Bu gün biz dövlətlərarası
münasibətləri belə
bir möhkəm təməl üzərində,
bu prinsiplər əsasında qururuq.
Gələn il biz diplomatik münasibətlər qurulmasının
30 illiyini qeyd edəcəyik. Bu, böyük
tarixdir, çox iş görülüb, lakin hələ çox iş görülməlidir. Əminəm ki, həm beynəlxalq
qurumlarda əməkdaşlıq
çərçivəsində, həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq. Bu gün
biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz
arasında əmtəə
dövriyyəsinin artırılması
və əlbəttə,
müasir dünyada xüsusi diqqət tələb edən
regional təhlükəsizlik məsələləri barədə
ətraflı danışacağıq.
Düşünürəm ki, bu məsələlərə dair
fikir mübadiləsi də çox faydalı olacaq.
Sizi bir daha salamlamaq
istəyirəm. Təşəkkür edirəm ki,
Azərbaycana rəsmi
səfər barədə
dəvətimi qəbul
etmisiniz. Ölkəmizdə vaxtınızın yaxşı
və xoş keçməsini arzu edirəm.
Qırğızıstan Prezidenti Sadır
Japarov dedi:
-Sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, məni Azərbaycan Respublikasına rəsmi səfərə dəvət
etdiyinizə görə
Sizə səmimi qəlbdən minnətdaram.
Qonaqpərvərliyə və səmimi
qəbula görə təşəkkürümü bildirirəm.
Vurğulamaq lazımdır ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Sizin atanız, möhtərəm Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan bizim aramızda, Qırğızıstan ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz azərbaycanlı qardaşlarımızla əməkdaşlığa həmişə hazırıq. İcazə verin, qonaqpərvərliyə və Sizinlə görüşmək imkanı yaratdığınıza görə bir daha təşəkkürümü bildirim. Sağ olun.
Prezident İlham
Əliyev: Sağ olun.
Azərbaycan.- 2022.- 21 aprel.- S.2.