Azərbaycan dünyanı Zəfər Qurultayına, Qarabağa çağırır...
İntibaha çağırır
Azərbaycan dünyanı,
Zəfər Qurultayına,
Qarabağa çağırır.
Qalib xalqın dilində
salamlayaq Şuşanı,
Qələbə himnimizi
oxumağa çağırır.
Zəfər Qurultayına.
Qarabağa çağırır.
Qalxsın qazi oğullar,
Danışsın dağ kürsüdən.
bütün Yer kürəsini
qızdırsın nəfəsimiz.
Şəhidlərin ruhuna
And içirik, ey Vətən,
nəğmə oxuyanda da,
rəqs eləyəndə də biz.
Bütün Yer kürəsini
Qızdırsın nəfəsimiz.
Qələbə bayrağımız, -
"Dəmir yumruq" havada!
Ali Baş Komandanın
tarixi göstərişi.
Yerin də zinətidir,
Şuşada dağların
da, -
Şuşa Fatehlərinin
dəmir addım
yerişi.
Ali Baş Komandanın
tarixi göstərişi.
İntibaha çağırır
Azərbaycan dünyanı.
Zəfər Qurultayına,
Qarabağa çağırır.
Qalib xalqın dilində
salamlayaq Şuşanı,
Qələbə himnimizi
Oxumağa çağırır.
Zəfər Qurultayına,
Qarabağa çağırır.
Nəriman HƏSƏNZADƏ,
xalq şairi
21 aprel 2022-ci il
Azərbaycan.- 2022.- 22 aprel.- S.1.