Vladislav Kanevski: “Göndərilən
humanitar yardım Ukrayna
ilə Azərbaycan arasında strateji tərəfdaşlığın
yüksək səviyyəsinin əyani təsdiqidir”
Bu gün Azərbaycandan Ukraynaya böyük humanitar yardımın üçüncü mərhələsi həyata keçirilir. Ukrayna üçün sayca yeddinci təyyarə çox vacib yüklə yola salınır. Burada dərmanlar və qida məhsulları var. Şübhəsiz ki, bu, Ukrayna üçün çox çətin bir zamanda edilən humanitar yardımdır. Bu, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsinin əyani təsdiqidir. Bu, həqiqətən bizim ehtiyacımız olan köməkdir. Bu, həmçinin Ukrayna və Azərbaycan xalqları arasında mövcud olan böyük dostluğun daha bir təsdiqidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski aprelin 21-də Ukraynaya humanitar yardımın göndərilməsi mərasimində jurnalistlərə müsahibəsində söyləyib.
“Ukraynaya
göstərdiyi köməyə görə dövlətimiz
və xalqımız adından Azərbaycan rəhbərliyinə,
ilk növbədə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımı
bildirirəm. Biz Azərbaycan kimi dostlarımızın köməyini hiss edirik”, - deyə V.Kanevski əlavə edib.
Azərbaycan.-
2022.- 22 aprel.- S.6.