Beynəlxalq konfrans: Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma istifadə problemləri

 

Aprelin 21-də Azərbaycan Memarlıq İnşaat Universiteti (AzMİU), Mədəniyyət Təhsil nazirliklərinin dəstəyi iləQarabağ Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma istifadə problemlərimövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda respublikanın ali təhsil müəssisələri elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya Qazaxıstandan gəlmiş alimlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan memarlıq irsinin qorunması istifadəsinin geniş spektrli problemlərinə, Qarabağ Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpası qorunması problemlərinə, eləcə regionun şəhərsalma inkişafı digər məsələlərə həsr olunub.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq abadlıq işlərindən danışıb. Rektor qeyd edib ki, yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərdə ötən əsrlərdən yadigar qalan, tariximizi yaşadan 30 illik işğal dövründə düşmənlərimiz tərəfindən məhv edilən, saxtalaşdırılan memarlıq abidələrimizin bərpası, memarlıq şəhərsalma irsinin mühafizəsi bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir: “Bu konfransın keçirilməsində məqsəd Qarabağda Şərqi Zəngəzurda memarlıq irsinin qorunub saxlanması üzrə əsas vəzifələri müəyyən etmək, memarlıq abidələrinin bərpası üçün tövsiyələr hazırlamaq, memarlıq şəhərsalma irsinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaqdan ibarətdir. Azərbaycanın memarlıq sahəsində ən qocaman təhsil ocağı kimi bizim universitet memarlıq irsimizin, tarixi abidələrimizin qorunmasına mühüm əhəmiyyət verir. Memarlıq fakültəsində çalışan alimlərimiz tarixi memarlıq irsimizin öyrənilməsi, mühafizəsi istifadəsi problemlərini tədqiq edir, müxtəlif layihələr işləyir hər il elmi konfranslar keçiririk. Bu il Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilmişŞuşa İlitədbirləri çərçivəsində belə bir konfransı keçirməyi vacib bildik”.

Rektor Gülçöhrə Məmmədova çıxışında memarlıq irsinin qorunub saxlanmasına cavabdeh olan beynəlxalq təşkilatların Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsi barədə dövlətimizin çoxsaylı çağırışlarına məhəl qoymamasına, mövcud vəziyyətdə heyrətamiz biganəlik nümayiş etdirməsinə toxunub: “Otuz ildən sonra Azərbaycan dövləti tarixi ədaləti bərpa edərək əzəli torpaqlarını geri qaytardı bütün dünya Qarabağda, Şərqi Zəngəzurda memarlıq irsinin, ümumiyyətlə, bütün şəhərsalma infrastrukturunun qəsdən məhv edilməsi faktını öz gözləri ilə gördü, bu ərazilərə sahib olduqları 30 ilə yaxın müddətdə ermənilər bütün tarixi-memarlıq abidələrini dağıdıblar, şəhərləri yer üzündən siliblər. Beynəlxalq konvensiyaları, xüsusiləSilahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasını ona dair Protokolları, habelə UNESCO-nun “Ümumdünya mədəni təbii irsin mühafizəsi haqqındaKonvensiyasını pozaraq, işğalçılar memarlıq abidələrini dağıdıb yaerməniləşdirməkməqsədilə saxtalaşdırıb, tətbiqi sənət abidələrini ölkədən kənara çıxarıb, sonradan özlərininki kimi təqdim ediblər”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri haqqında məlumat verib. O bildirib ki, azad olunan ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix-mədəniyyət abidəsi var. Şuşa qalası, Xudafərin körpüləri, Gəncəsər, Xudavəng monastırları, Qutlu Musa türbəsi, 1.5 milyon illik yaşı olan Azıx mağarası Qarabağ Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix-mədəniyyət abidələridir. Onlardan bəziləri bərpa edilib. Bunlardan Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü məqbərəsi, Bülbülün ev-muzeyi artıq bərpa edilib. Həmçinin Aşağı Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məscidinin bərpası işləri davam etdirilir. Yaxın zamanlarda Ağdam Cümə, Qiyaslı məscidinin bərpasına başlanılacaq. Paralel olaraq Üzərliktəpədə arxeoloji işlər aparılır. Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur.

Təhsil nazirinin müavini Firudin Qurbanov konfransın əhəmiyyətini xüsusi qeyd edərək onun çox mühüm mövzuya həsr olunduğunu vurğulayıb. Nazir müavini işğaldan azad olunmuş torpaqlarımızda başlayan bərpa-quruculuq işlərinin başlandığı bir dönəmdə keçirilən bu konfransın həmin işlərə böyük töhfə verəcəyinə ümidvar olduğunu deyib. O diqqətə çatdırıb ki, 30 ilə yaxın davam edən işğal dövründə Qarabağ ərazisində 993 təhsil müəssisəsi dağıdılıb.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə idarənin tabeliyində olan abidələrin bərpası ilə bağlı görülən işlər haqqında danışıb.

Konfransın plenar iclasında AzMİU-nun rektoru Gülçöhrə MəmmədovaQarabağın Şərqi Zəngəzurun memarlıq irsi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan HəsənovQarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında mədəni irsə qarşı həyata keçirilmiş vandalizm”, İtaliya Mədəniyyət Nazirliyinin sabiq nümayəndəsi, bərpa müharibədən sonrakı beynəlxalq ssenarilər üzrə ekspert 2016-2018-ci illərdə Azərbaycanın milli mədəni irsin qorunması sisteminin modernləşdirilməsi ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin müşaviri Alessandro BiankiQarabağın azad edilməsi. Azərbaycan irsinin qorunması idarə olunması sahəsində irəliləyiş fürsətimövzusunda məruzələrlə çıxış ediblər.

Tanınmış yerli xarici alimlərin iştirakı ilə keçirilən konfransda işğaldan azad edilmiş ərazilərdə yerləşən memarlıq abidələrinin reabilitasiyası üçün müxtəlif fikirlər, təkliflər səsləndirilib.

Hibrid formatda keçirilən konfrans öz işini Şuşanın, Qarabağın Şərqi Zəngəzurun memarlıq irsinə, mədəni irsin idarə olunması, tarixi şəhərlərin müasir inkişafı məsələlərinə dair sessiyalarla davam etdirib. SessiyalardaŞuşa şəhərinin memarlıq abidələri və şəhərsalma quruluşunun xüsusiyyətləri”, “İşğal dövründə Şuşanın tarixi memarlıq irsinə vurulan zərbə”, “Şuşanın tarixi memarlıq mühitinin bərpası və istifadəsi problemləri”, “Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi”, “Müharibə işğal illərinin memarlıq irsinə təsiri”, “Tarixi memarlığın bərpa, mühafizə və istifadə problemləri”, “Tarixi memarlıq irsinin qorunmasında yeni texnologiyalar”, “İrsin idarə olunmasının sosial aspektləri”, “İrsin idarə olunmasında beynəlxalq təcrübə”, “Regionun intensiv inkişafı kontekstində mədəni irsin idarə olunması problemləri”, “Müasir şəhərlərin yaradılması”, “Tarixi ərazilərin qorunub saxlanılması və bərpası. Regionun davamlı inkişafında mədəni irsin rolu”, “Nəqliyyat problemləri və mühəndis kommunikasiyaları” mövzularında müzakirələr aparılıb. Sessiyalarda Beynəlxalq Elmi Komitə tərəfindən təsdiqlənmiş 50-yə yaxın məruzə dinlənilib.

 

Azərbaycan.- 2022.-22 aprel.- S.8.