Mixail Qusman: “Dünya azərbaycanlılarının V
qurultayının Şuşada
keçirilməsi böyük hadisədir”
Dünya azərbaycanlılarının
V qurultayı kimi iri tədbirin işğaldan azad edilmiş
Şuşada keçirilməsi böyük hadisədir.
AZƏRTAC-ın müxbirinə bu sözləri TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələri ilə görüşdən sonra söyləyib.
M.Qusman deyib: “Fikir verin. Dünya azərbaycanlılarının
qurultayı Şuşada
keçiriləcək. Biz bu hadisəni
illər boyu gözləmişik, bu barədə dua etmişik. Çox yaxşı haldır
ki, bu tədbir
işğaldan azad edilmiş Şuşada keçirilir. Biz hamımız Azərbaycan
Prezidentinin çıxışını
gözləyəcəyik”.
TASS informasiya
agentliyinin baş direktorunun birinci müavini MDBMİ tələbələri
ilə görüşdən
aldığı təəssüratları
da bölüşərək
vurğulayıb ki, gənclərlə görüş
həmişə maraqlıdır. O deyib:
“Ona görə ki, belə
ünsiyyət nəticəsində təkcə onlar yox, mən özüm də müəyyən təcrübə
qazanıram. Bizim gözəl gənc nəslimiz
var, Bakıda çox
yaxşı gənclər var. Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunda bizim gənc
həmyerlilərimiz oxuyur, MDBMİ-nin
azərbaycanlı tələbələrindən ibarət komanda fəaliyyət göstərir. Onlarla görüşməyə çox şadam.
Hamısı vətənpərvər gənclərdir,
hamısı öz ölkəsini sevir. Bilirəm ki, onlar universiteti bitirəndən
sonra öz vətənlərinə
qayıdacaq, öz ölkəsinə
faydalı insanlar olacaqlar.
Bizim azərbaycanlı gənclərin
gözlərində bir nur
var. Bu nurlu
gözlər hər şeydən gözəldir”.
Azərbaycan.-
2022.- 22 aprel.- S.8.