Gədəbəy malakanları

 

İki əsrdir onları Azərbaycana bağlayan nədir

 

Ölkəmizin ərazisində tarixən müxtəlif xalqlaretnik azlıqlar məskunlaşmış və onlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynamış, özlərinin etnik xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bu günədək yaşatmışlar.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural dəyərlərinin qorunması sahəsində həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısı ölkəmizdə multikultural dəyərlərin qorunub inkişaf etdirilməsində misilsiz xidmətlər göstərir. Məhz bu baxımdan deyə bilərik ki, Azərbaycandakı mövcud inkişafın, sabitliyin arxasında həm də dinimilli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir, ölkəmizdə tolerantlıq cəmiyyətin əxlaq kodeksinə çevrilib. Məhz buna görə də ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri Azərbaycanı özlərinin doğma vətənləri hesab edirlər.

Bunu Gədəbəy rayonunun timsalında daha aydın görmək olar. Burada yaşayan malakanlar heç vaxt özlərini qonaq kimi hiss etmirlər. Malakanlar Gədəbəyin əsasən üç kəndində - Slavyanka, NovosaratovkaNovoivanovka kəndlərində məskunlaşıblar. Bu kəndlərin hər üçü rayonun füsunkar ərazisidir.

Münbit torpağı olan bu kəndlərdə məskunlaşan malakanların özləri də olduqca işgüzardırlar. Hər il əkin sahələrində bol məhsul yetişdirən sakinlər demək olar ki, özlərini kənd təsərrüfatı məhsulları ilə tam təmin edirlər. Novosaratovka kəndinin icra nümayəndəsi Elvin Məmmədov deyir ki, doğrudur, illər keçdikcə kənddə malakanların sayı bir qədər azalır. Lakin bu azalma heç də şəraitlə bağlı deyil. Əsas səbəb gənc nəslin böyük şəhərlərdə yaşamaq istəməsidir.

Malakanların Gədəbəy ərazisinə köçmələrinin tarixi o qədər də qədim deyil. XIX əsrin əvvəllərində rus çariçası II Yekaterinanın dini inanc fərqliliyinə görə Saratovdan sürgün etdiyi malakanların bir hissəsi Gədəbəy ərazisində  məskunlaşdı. Onlar məskunlaşdıqları yeri Saratovun adı ilə əlaqələndirərək Novosaratovka adlandırdılar. Malakanlar köç etdikləri yerdə əhali ilə mehriban ünsiyyət qurmaqla yanaşı, özlərinin adət və ənənələrini, mətbəxlərini, hətta incəsənətlərini də yaşatdılar. Lakin 90-cı illərin əvvəllərində keçmiş sovetlər birliyinin dağılması onların da həyat şəraitinə təsir göstərdi. Ağır iqtisadi şəraitlə bağlı kənd sakinlərinin bir qismi böyük şəhərlərə üz tutdu. Azərbaycanın işıqlı gələcəyinə inanan malakanlar isə kənddə qalıb, həyatlarını davam etdirməyə qərar verdilər.

Novosaratovka Gədəbəyin həmsərhəd kəndlərinə gedən yolun üstündə, səfalı bir yerdə yerləşir. Rayonun digər kəndləri kimi, burada da infrastruktur demək olar ki, yenilənib. Nəticədə tikilən yeni evlərin sayı xeyli artıb. Özü bir üzü dağlara boylanan kənddə evlər planlı şəkildə tikildiyindən Gədəbəyin füsunkar təbiətinə geniş panorama açılır. Nizamlı əkin sahələri malakanların əməksevərliyindən xəbər verir. Xəstəxanası, mədəniyyət evi, iki kitabxanası, elektron ATS-i olan kənddə bir neçə il bundan əvvəl 480 şagirdlik müasir məktəb binası inşa edilmiş, 100 yerlik uşaq bağçası əsaslı təmir olunmuşdur. Məktəbdə işləyən müəllimlərin arasında Novosaratovka kəndinin sakinləri olan ali təhsilli malakanlar da var. Məsələn, ibtidai sinif müəllimləri Taisa Stepanova Mariya Alatotsova kimi. Mariya Vorobyova isə 20 ildən artıqdır ki, kənd xəstəxanasında tibb bacısı işləyir.

Kənddə yaşayan sakinlərin dolanışığı əsasən torpaqdan çıxır. Hazırda kənddə 606 hektar əkinəyararlı torpaq sahəsi var. Sakinlər həmin torpaqların bir qarışını da boş saxlamırlar. Onlar hər il sahələrdə taxıl, kartof, kələm, yerkökü digər  kənd təsərrüfatı məhsulları yetişdirirlər. Kənddə elə ev  yoxdur ki, orada heyvan saxlamasınlar. Son məlumata görə, Novosaratovkada 4 minə yaxın qaramal, 15 minə yaxın davar heyvan saxlanılır. Kənd sakini Lyubov Vorobyova deyir ki, dövlətin kənd təsərrüfatının inkişafı üçün etdiyi bütün güzəştlərdən malakanlar da yararlanırlar.

Ölkəmizi özlərinin Vətəni hesab edən malakanlar hələ Birinci Qarabağ savaşı başlayanda gözlərini qırpmadan döyüşlərə atıldılar. Vladimir Koveşnikov tərəddüd etmədən rayon hərbi komissarlığına gələrək cəbhəyə getməyi xahiş etmişdi. Hərbi təlimlərə cəlb edilən Vladimir döyüş sirlərini mənimsədikdən sonra döyüşlərə qatılmışdı. Lakin döyüşlərin birində ağır güllə yarası alaraq şəhid olmuşdur. O, boya-başa çatdığı Novosaratovka kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Hər il təhsil aldığı məktəbin şagirdləri onun anım gününü qeyd edirlər.

Malakanlarla azərbaycanlılar arasında heç vaxt ayrı-seçkilik olmayıb. Onlar bir ailənin üzvü kimi xeyirdə, şərdə qaynayıb qarışmış, doğmalaşmışlar. Malakanlar Novruzu azərbaycanlılarla, azərbaycanlılar isə Pasxanı malakanlarla birgə qeyd edirlər. Bayram şənliklərində malakanlar öz milli paltarlarını geyinir, milli xörəklərini, rəqslərini mahnılarını təqdim edirlər. Eyni ilə azərbaycanlılar da malakan bayramlarında onlardan geri qalmırlar.

Tatyana Stepanova deyir ki, azərbaycanlılardan çox razıdır: "Elə bilirəm ki, doğmayıq. Azərbaycanlıların mehribanlığı qayğıkeşliyindən qədər desən danışmaq olar. Atam Pavel vəfat edəndə azərbaycanlılar olan qonşularım məni tək buraxmadılar. Bütün köməkləri göstərdilər. Mənə belə gəlir ki, insan o yeri doğma hesab edir ki, orada ona isti qucaq açırlar. Novosaratovka da mənim üçün beləcə doğmadır".

Multikultural dəyərlərdən söhbət açanda Nikolay Bıçkovun adını çəkməmək olmaz. Nəinki Novosaratovkada, bütün Gədəbəydə onu yaxşı tanıyırlar. Nikolay öz ata yurdunda maraqlı muzey yaradıb. O, yüzillik məişət əşyalarını, şəkilləri toplayaraq kəndə gələn turislərə nümayiş etdirir. Hər il evində onlarca turist qəbul edir. Rayon tədbirlərində fəal iştirak edən Nikolay Bıçkov həmişə ölkə başçısı İlham Əliyevin 2006-cı ildə Gədəbəyə səfəri zamanı onunla görüşüb söhbət etməsini xoş xatirələrlə yada salır.

Kənddə beynəlmiləl ailələr qurulub. Məsələn, Cahangir Mariya ilə, Məhəmməd Tanya ilə, Güləli Nadya ilə, Rəhim Nadejda ilə ailə qurub. Ümumiyyətlə, belə cütlüklərin sayı kənddə az deyil.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 22 aprel.- S.9.