Yer oynayır yerindən

 

22 Aprel Beynəlxalq Yer Günüdür

 

Qlobal böhranlar, iqlim dəyişikliyi planet üçün ciddi təhlükələr yaradır

Aprelin 22-si dünyada Beynəlxalq Yer Günü kimi qeyd edilir. Bu əlamətdar gün ilk dəfə ABŞ-ın Nebraska ştatının sakini Corc Mortonun təklifi ilə reallaşıb.

1882-ci ildə həmin gün bu ştatda "Ağac günü" elan olunaraq, bayram günü kimi qeyd edilməyə başlanılıb. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək "Yer günü" adlandırılır.

2009-cu ildə həmin gün BMT-in Baş Assambleyasının 63-cü sessiyasında təsis edilir və 2010-cu ildən başlayaraq hər il aprelin 22-si keçirilir. Beynəlxalq günün qətnamədə yer alması Yerinonun ekosisteminin insanlığa həyat verməsinin təzahürü kimi qiymətləndirilir. Qətnamədə həmçinin bildirilir ki, "Ana-Yer" termini bir çox ölkədə qəbul olunubinsan, Yer planeti, onun ekosistemləri arasındakı əlaqəni əks etdirir. Şimal yarımkürəsində Yer kürəsi günü yazda, cənub yarımkürəsində isə payızda qeyd olunur.

 

Yerdə gedən müxtəlif proseslər

 

Tədricən bu bayram beynəlxalq xarakter alaraq, 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. Beynəlxalq Yer Günü ərəfəsində müxtəlif ekoloji tədbirlər keçirilir, ərazilər tullantılardan təmizlənir, yaşıllıqlar salınır, ətraf mühitin mühafizəsi ilə bağlı aksiyalar baş tutur.

Azərbaycanda da Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hər il müxtəlif tədbirlər həyata keçirilir, təbliğat işləri aparılır. Hesablamalara görə, Yer kürəsinin 4,5 milyard yaşı var və Günəş sistemində ən sıx planet hesab olunur. Yer səthinin təxminən 29 faizi quru sahəni əhatə edir, qalan 71 faizi isə su ilə örtülüdür. Ümumilikdə Yerdə gedən müxtəlif proseslər nəticəsində uzun illər ərzində dəyişmələr baş verir.

Son illərdə qlobal istiləşmə nəticəsində içməli su ehtiyatının azaldığı deyilsə də, buzlaqların əriməsi ilə dünya okeanında suyun səviyyəsi qalxır, bu da sel və daşqın hadisələri nəticəsində quru sahələrin azalmasına gətirib çıxarır. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufan, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. Ümumilikdə təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələri hesab olunur. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat edir. Son illər müşahidə olunan qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artmasına təsir edən amillərdən biri istilik effekti yaradan qazlardır.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Eyni zamanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris sazişini 22 aprel 2016-cı ildə imzalayıb həmin ilin oktyabr ayında ratifikasiya edib.

 

Azərbaycan qlobal istiləşmənin fəsadlarının qarşısını almaq üçün tədbirlər görür

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb.

Qeyd edək ki, Azərbaycanda da qlobal istiləşmənin yaratdığı fəsadların qarşısını almaq, antropogen təsirləri azaltmaq istiqamətində daim tədbirlər görülür. Havaya buraxılan karbon emisiyalarının həcminin azaldılması üçün alternativ enerji mənbələrindən istifadə sahəsi genişlənir, avtomobil parkı yenilənir. Son illər ölkəyə idxal olunan köhnə avtomobillərin sayı azalır, ekoloji təmiz avtomobillərin sayı isə artır.

Ekologiya təbii sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə qeyd edir ki, hibrid avtomobillərin istifadəsinin stimullaşdırılması üçün aksiz vergisi, əlavə dəyər vergisi gömrük rüsumu ilə bağlı müəyyən qərarlar qəbul olunub. Tədbirlər nəticəsində belə avtomobillərdən istifadə daha da artacaq. Bu da atmosfer havasının daha az çirklənməsinə səbəb olacaq.

Qeyd etdiyimiz kimi, iqlim dəyişmələrinin təsir obyektindən biri dəniz, okean çaylardır. Azərbaycanda da son illər Xəzər dənizinin, xüsusən Kür çayının səviyyəsinin enməsi məsələsi aktual problemlərdəndir.

Rasim Səttar-zadənin sözlərinə görə, qapalı su hövzəsi olduğundan Xəzərin səviyyəsində periodik dəyişmələr mümkündür. Səviyyənin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylar düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.

Müşavir qeyd edir ki, dəniz dibində baş verən tektonik hərəkətlər səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Beynəlxalq iqlim modellərinə görə, Xəzər hövzəsində yağıntı rejiminin proqnozlaşdırılmasında kifayət qədər qeyri-müəyyənlik uyğunsuzluqlar var. Bu səbəbdən hazırda Xəzər dənizinin gələcək səviyyəsi ilə bağlı elmi əsası olan fikir söyləmək mümkün deyil. Dənizin səviyyəsində hazırda müşahidə edilən enmə prosesi 1995-ci ildən müşahidə edilir.

 

İqlim dəyişmələrinin insanların məişətinə təsiri

 

İqlim dəyişmələrinin dünyada gedən bir çox prosesə təsiri göz qabağındadır. Burada ən vacib rolu isə insan amili oynayır. Qlobal istiləşmə təbiətə, insan sağlamlığına təsir etdiyi kimi, insanların yaşayışına, həyat tərzinə təsirsiz ötüşmür.

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bildirib ki, yağıntıların illik rejiminin dəyişməsi, quraqlıq dövrünün uzanması, su qıtlığının yaranması, sel, sürüşmə kimi təbii fəlakətlərin baş vermə riskinin artması, meşələrin quruması, torpaqların  deqradasiyaya uğraması başqa təsirlər insanların məişətinə mənfi təsir göstərir, bu da onların yaşayış yerlərini tərk etməsinə səbəb olur. Alim qeyd edir ki, miqrasiya halları artır. O, miqrasiyanın artmasının kənd şəhərlərdə ciddi problemlər yaratdığını bildirir. Miqrasiyaya səbəb olan ekoloji problemlər araşdırılmalı, buna səbəb olan digər problemlər müəyyən edilməlidir.

 

Dünya əhalisinin artımı ekoloji sosial sistemlərin ağırlaşmasına səbəb olur

 

Yer kürəsi nizamnaməsində qeyd olunur ki, bu məkan tarixinin kritik bir anında, bəşəriyyətin öz gələcəyini seçməli olduğu bir dövrdə yaşayırıq. Təbiət qüvvələrinin yaşamın varlığını təhlükəli etibarsız bir macəraya çevirməsinə baxmayaraq, Yer kürəsi həyatın təkamülü üçün əhəmiyyət kəsb edən şərtlərin əsasını təmin etməkdədir. İnsanların rifahı bütün ekoloji sistemlə sağlam biosferanın, bitki heyvanların, münbit torpağın, suların havanın qorunmasından asılıdır.

Bu nizamnamə ideyası 1987-ci ildə BMT-nin Ətraf Mühit İnkişaf üzrə Dünya Komissiyasının ətraf mühitin qorunması davamlı inkişafı üçün əsas prinsiplərini özündə formalaşdıran yeni nizamnamənin yaradılması təklifi əsasında yaranıb. Beynəlxalq səviyyədə qəbul edilən Yer kürəsi nizamnaməsini yaratmaq məqsədilə Rio de-Janeyroda Dünya sammiti təşkil edilib. Lakin hökumətlər razılığa gəlməyib, buna görə  Ətraf Mühit İnkişaf üzrə Rio Bəyannaməsi qəbul edilib. Daha sonra Yer Kürəsi Şurası yaradılır. Şuranın sədri Maurice Strong Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Mixail Qorbaçov Yer kürəsi nizamnaməsini layihələndirmək üçün təşəbbüs irəli sürürlər. Nizamnamənin son mətni 2000-ci ildə Parisdə, UNESCO-nun baş qərargahında qəbul edilir.

Yer kürəsi nizamnaməsinin ön sözündə qeyd olunub ki, dünya get-gedə qarşılıqlı şəkildə asılı həssas olduqca gələcək indidən böyük təhlükə ilə qarşı-qarşıyadır. Mədəniyyətlərin həyat tərzlərinin müxtəlifliklərinin əhatəsində irəliləmək üçün eyni taleyə sahib olan bir bəşər ailəsi vahid Yer kürəsi cəmiyyəti olduğumuzu bilmək məcburiyyətindəyik. Təbiətə, universal insan hüquqlarına, iqtisadi ədalətə sülh mədəniyyətinə hörmət əsasında qurulmuş davamlı qlobal cəmiyyəti meydana gətirmək üçün birgə işə başlamalıyıq. Bu cəhdlə biz, Yer kürəsi insanları olaraq bir-birimizə, daha geniş bir cəmiyyət həyatına gələcək nəsillərə qarşı məsuliyyətimizi bəyan etməliyik.

Nizamnamədə eyni zamanda bildirilib ki, qlobal vəziyyətə əsasən, istehsal istehlakda hökm sürən nümunələr ətraf mühitin korlanması, sərvətlərin tükənməsi çox sayda heyvanın kökünün kəsilməsinə səbəb olur. Dünya əhalisinin sürətli artımı ekoloji sosial sistemlərin həddən artıq ağırlaşmasına gətirib çıxarır. Qlobal təhlükəsizliyin əsasları təhdid altındadır.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 22 aprel.- S.11.