Ölkədə xüsusi
karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikasının Baş
naziri Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması
və bəzi məhdudiyyətlərin aradan
qaldırılması ilə
bağlı əlavə
tədbirlər barədə”
Qərar imzalayıb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
Qərara əsasən
koronavirus (COVID-19) infeksiyasının
ölkə ərazisində
yayılmasının, onun
törədə biləcəyi
fəsadların qarşısının
alınması məqsədilə
Azərbaycan Respublikasının
ərazisində xüsusi
karantin rejiminin müddəti 2022-ci il iyulun 1-i saat 06:00-dək uzadılıb.
Qərarda, həmçinin
qeyd olunub ki, 2022-ci il
mayın 1-dən etibarən
xüsusi karantin rejimində tənəffüs
yollarını qoruyan
fərdi vasitələrdən
(tibbi maska, parça maska, respirator və sair) istifadə
tələbi ləğv
edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq
hava limanı ərazisində və Azərbaycan Respublikasında
fəaliyyət göstərən
təhsil müəssisələrində
tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə olunur.
Azərbaycan.- 2022.-23 aprel.- S.4.