Zəfər manifesti

 

 

İlham Əliyev dünya azərbaycanlılarının yeni fəaliyyət platformasını müəyyənləşdirdi

 

 

 

"Bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".

Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında Müzəffər Komandan İlham Əliyev həm Vətən müharibəsindəki Böyük Qələbəni, postmüharibə dövrünün yeni reallıqlarını qiymətləndirdi, həm də dünya birliyinə açıq mesajlar ünvanladı.

Postmünaqişə dövrünün reallıqlarını da dəyərləndirən Prezident məğlub Ermənistan və onun havadarlarına bir daha çatdırdı ki, bundan sonra hansısa siyasi oyun oynamaq mənasızdır. Qarabağ münaqişəsi bitib, status-kvonu Azərbaycan öz gücünə dəyişib və hər kəs bu reallıqları qəbul etməlidir. Ermənistan isə İlham Əliyevin 5 prinsipdən ibarət təkliflərini özündə ehtiva edən sülh müqaviləsini imzalamağa məhkumdur. Çünki istənilən müharibənin sonunda diktə edən qalib tərəf olur.

 

 

 

Zəfər qurultayının tarixi və rəmzi mənaları

 

 

 

Öncə onu qeyd edək ki, Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.

Dünya Azərbaycanlılarının V qurultayının məhz "Şuşa ili"ndə qədim Zəfər qalamızda qeyd edilməsinin çox böyük tarixi və rəmzi mənası oldu.

Bu qurultay şanlı qələbədən sonra dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirdi. Müzəffər Komandan məhz buna görə də budəfəki toplantını Zəfər qurultayı adlandırdı.

İlham Əliyevin qurultayda konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi.

Quraltay iştirakçılarının hamılıqla səsləndirdiyi "Qarabağ Azərbaycandır!" şüarının sədası bütün Qarabağa, Şərqi Zəngəzura yayıldı. Xankəndidə və Rusiya sülhməramlılarının nəzarəti altındakı Azərbaycan torpaqlarında yaşayan Qarabağın erməni əhalisinə bir daha bəlli oldu ki, bundan sonra tarix boyu Azərbaycan bayrağının kölgəsi altında yaşayacaqlar.

Prezident qurultayın həm də çox böyük tarixi mənasının olduğunu da diqqətə çatdırdı.

 

2016-cı ildə keçirilən IV qurultay zamanı da Azərbaycan qələbə əhvali-ruhiyyəsində idi. Aprel döyüşlərində əldə edilən qələbədən sonra düşmənin öz ordusu haqqında yaratdığı "miflər" məhv oldu. İlham Əliyev bir daha Ermənistana  xəbərdarlıq edərək bildirdi ki, istənilən təxribata cavab veriləcək və növbəti əks həmlələr işğalçı üçün daha betər olacaq.

Cəmi 4 il sonra tarixi an yetişdi Azərbaycan haqq savaşına qalxdı. Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü. 30 illik münaqişəyə Azərbaycan öz gücü, qüdrəti ilə son qoydu Dağlıq Qarabağ problemini həll etdi. İlham Əliyev Azərbaycan tarixinə xilaskar Müzəffər Komandan kimi adını yazdırdı.

 

 

 

Prezident diasporumuz qarşısında yeni vəzifələr müəyyənləşdirdi

 

 

Şuşa qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanırdı. Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərən insanlar onillərdən bəri xalqımızın haqq mübarizəsinin ən parlaq nəticəsi - mərd oğulların dastan yazdığı doğma Şuşa şəhərində bir araya gəldilər.

Zəfər qurultayı yeni reallıqlar şəraitində Azərbaycan diasporunun fəaliyyəti üçün həm yol xəritəsi oldu. Qeyd etməliyik ki, Vətən müharibəsi başlayarkən xarici ölkələrdə yaşayan soydaşlarımız, diaspor üzvləri mütəşəkkil şəkildə birləşərək erməni barbarlığını, Azərbaycan həqiqətlərini dünyaya bəyan etdilər.

Prezident isə onlara həm postmünaqişə dövrünün reallıqları fonunda görüləcək işlərin yol xəritəsi yeni vəzifələri müəyyənləşdirdi.

Müharibə zamanı xaricdə yaşayan soydaşlarımızın apardığı informasiya müharibəsinin bu gün davam etdirilməsini vacib məsələ hesab edən İlham Əliyev bildirdi ki, müharibə bitsə , ölkəmizə qarşı olan ərazi iddiaları hələ başa çatmayıb.  Ancaq bu da tezliklə başa çatacaq: "Əminəm ki, biz postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik. Ancaq bu gün hələ ki bu iddialar var biz buna hazır olmalıyıq".

Prezident dedi ki, xaricdə yaşayan gənc azərbaycanlılar həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməli, həm bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı Azərbaycan həqiqətlərinin çatdırılması, milli maraqların müdafiə edilməsi, dövləti daha da gücləndirir.

Beləliklə, Azərbaycan  həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayan diaspor üzvləri geri döndükdən sonra yeni layihələr işləyib hazırlayacaq, fəaliyyətlərini müasir  dövrün tələblərinə uyğun formada quracaqlar.

 

 

 

Ermənistanin son şansı

 

 

 

İlham Əliyev qurultayın açılışında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan postmüharibə dövrünə tam hazırdır öz sülh gündəliyini təqdim edir. Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə Azərbaycan bir daha xoş niyyətini göstərir.

Son vaxtlar isə əlaqələrin normallaşması məsələsi gündəlikdədir. Avropa İttifaqının təşəbbüsü ilə keçirilən sülh danışıqları zamanı müəyyən razılaşmalar da olub. Amma yenə bu məsələdə gündəliyi İlham Əliyev müəyyənləşdirir. Əgər belə olmasaydı, Ermənistan Qalib Komandanın irəli sürdüyü 5 prinsipdən ibarət təklifi qəbul etməzdi.

Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur gələcəkdə olmayacaq. İlham Əliyev hesab edir ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır məhz beş prinsip əsasında danışıqları aparmaq fikrindədir.

Hazırda iki ölkənin xarici işlər nazirlikləri işçi qrupları formalaşdırır yaxın gələcəkdə konkret danışıqlara başlanılacaq. İlham Əliyev danışıqların çox uzanmasının tərəfdarı deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlanıb imzalana bilər. Bu isə iki ölkə arasında münasibətlərin yenidən formalaşmasını təmin etmək üçün yetərli olacaq.

Müzəffər Komandan eyni zamanda Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələrə səsləndi: "Həmin qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur bəlkə son şansdır. Əgər bundan imtina etsələr, onda biz Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq".

Beləliklə, Zəfər qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcı oldu. İlham Əliyevin yeni dövrün inkişaf strategiyası ilə bağlı bütövlükdə dünya azərbaycanlıları üçün əsas hədəfləri müəyyənləşdirdi, tövsiyə tapşırıqlarını verdi, eyni zamanda iqtisadi cəhətdən tənəzzülə uğrayan məğlub Ermənistana sonuncu şansı verdi.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 24 aprel.- S.3.