" qılçıqlı", "Yetim", "Lənkəran sədrisi"...

 

 

Dirçəlməyə başlayan çəltikçilikdə hədəf əhalini yerli düyü ilə təmin etməkdir

 

 

 

Aqrar sektorda aparılan islahatlar səmərəliliyi ilə seçilir. Bu islahatlar sayəsində kənd təsərrüfatı məhsulları istehsalı ildən-ilə artır. Hazırda  özümüzü qoyun əti ilə 100, malquş əti ilə 80, südsüd məhsulları ilə 80 faiz təmin edə bilirik. Meyvə-tərəvəzçilikdə də yüksək nailiyyətlər əldə olunub. Kənd təsərrüfatı məhsullarının ixracında meyvə-tərəvəz ixracı indi artıq önəmli yer tutur.

Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ərzaq təhlükəsizliyini təmin etmək üçün yerli istehsalın artırılmasının əhəmiyyətini vurğulayaraq demişdir: "Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparılıb və bu il hardasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır".

Ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi aqrar sektorda məhsul istehsalında önəmli rol oynayır. Bu məhsulların istehsalına verilən dövlət dəstəyi fermerlərin marağını xeyli artırıb. İnkişaf edən belə sahələrdən biri də çəltikçilikdir. Ölkədə çəltikçiliyi dirçəltmək və əhalinin düyüyə olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədilə mühüm addım atılıb. Belə ki, 9 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalanıb. Proqramın əsas məqsədi Azərbaycanda çəltikçilik ənənələrini inkişaf etdirmək, düyüyə olan tələbatın ödənilməsinin səviyyəsini yüksəltmək, idxaldan asılılığı azaltmaq, həmçinin bu işlə məşğul olan fermerlərin həyat səviyyəsini yaxşılaşdırmaqdır. Bu sənədin qəbulunun son hədəfi 2025-ci ilə qədər orta məhsuldarlığı 40 sentner olmaqla və əkin sahələrini 10 min hektara çatdırmaqla istehsalın həcmini 40 min tona qədər yüksəltməkdir.  

Ölkəmizdə çəltikçiliyin inkişaf tarixi qədimdir. Azərbaycanda öz keyfiyyəti ilə seçilən " ənbərbu", "Vilqəri", "Yetim", "Lənkəran sədrisi", " qılçıqlı" və digər yerli sortlar yetişdirilib. Hazırda Azərbaycanda çəltik əkinçiliyi əsasən Lənkəran-Astara, Mərkəzi Aran, Mil-MuğanŞirvan-Salyan iqtisadi rayonlarında aparılır. Çəltik əkini üzrə Azərbaycanda statistika 1913-cü ildə aparılıb. Həmin il ölkədə 47 min hektar sahədə çəltik əkilib. Bu rəqəm müxtəlif illərdə artıb-azalıb. Rekord həcmdə çəltik əkini isə 54 min hektar olmaqla 1927-ci ildə qeydə alınıb.

 

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişaf etdirilməsi, əhalinin düyüyə tələbatının daxili istehsal hesabına ödənilməsi, çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi istiqamətində son illərdə bir sıra əhəmiyyətli tədbirlər görülüb. Çəltikçilik sahəsində fəaliyyət göstərən beynəlxalq, regionalmilli qurumlarla əməkdaşlıq əlaqələri genişləndirilir. Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) bu bitkinin xəstəlik və zərərvericilərə davamlı və məhsuldar sortlarının yaradılması, həmçinin kadr hazırlığı sahəsində Mərkəzi və Qərbi Asiya Çəltik Mərkəzi (CWARice) və Türkiyə ilə əməkdaşlıq edir.

 

Bu sahədə əməkdaşlıq əlaqələrimiz ildən-ilə genişlənir. Malayziyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə çəltikçilik sahəsində ƏETİ ilə Malayziya Kənd Təsərrüfatı Tədqiqat və İnkişaf İnstitutu (MARDİ) arasında onlayn görüşlər keçirilib və əməkdaşlığa dair memorandum layihəsi hazırlanıb. Memorandumun imzalanması və qarşılıqlı müzakirələrin aparılması məqsədilə MARDİ-nin direktoru Mohamad Zabavinin rəhbərliyi ilə həmin institutun nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

 

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Malayziyanın Azərbaycan Respublikasındakı səfiri Dato' Yubazlan Yusof ƏETİ-yə və Lənkəran rayonuna səfər ediblər. ƏETİ-də tədqiqat infrastrukturu ilə tanışlıqdan sonra tədqiqat heyəti ilə elmi diskussiyalar aparılıb və atılacaq növbəti addımlar müzakirə olunub. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin mütəxəssisləri ölkədə əkinçilik sistemləri, prioritet bitkilər, torpaqiqlim şəraiti, kənd təsərrüfatı sahəsində qəbul edilmiş dövlət proqramları, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi və çəltikçiliyin mövcud vəziyyəti barədə məlumat veriblər. Nümayəndə heyəti həmçinin Lənkəran rayonunda fəaliyyət göstərən bir sıra özəl müəssisələrdə həyata keçirilən emal prosesi ilə də tanış olub.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 24 aprel.- S.6.