"Azərbaycan Respublikası
Hökuməti, Türkiyə Respublikası Hökuməti və
Gürcüstan Hökuməti arasında
"Qafqaz Qartalı" xüsusi
təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2019-cu
il oktyabrın 10-da Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikası Hökuməti,
Türkiyə Respublikası Hökuməti və
Gürcüstan Hökuməti arasında "Qafqaz
Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə
dair" Anlaşma Memorandumu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 aprel
2022-ci il
Azərbaycan.-2022.-
24 aprel.- S.2.