Güclü Azərbaycan dövləti qondarma erməni iddialarını darmadağın edir

 

 

Erməni millətçiliyi 1915-ci ildə onlara qarşı soyqırımı törədildiyini iddia etsə də, indiyə qədər bununla bağlı ortaya tutarlı fakt qoya bilməyib.

Türkiyə tərəfinin davamlı şəkildə təkidlərinə rəğmən Ermənistan  ötən əsrin əvvəlləri ilə bağlı arxivlərin birgə araşdırılmasını, tədqiqatların aparılmasını istəmir, inadla bundan boyun qaçırır.

 

 

 

Ermənilər uydurma "soyqırımı"ndan siyasi məqsədlər üçün istifadə edirlər

 

 

Onilliklər boyu ermənilər qondarma təbliğatla özləri barədə "məzlum xalq", "əzabkeş" mifləri yaradıblar və bunu zaman-zaman genişləndiriblər.  Onların apardığı saxta təbliğata təəssüf ki, ikili standartların nümunəsi kimi ayrı-ayrı dövlətlər tərəfindən də dəstək verilib. Erməni lobbisinin məkrinə uyan bəzi ölkələrin parlamentləri qondarma "erməni soyqırımı" ilə bağlı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar.

Bununla belə qondarma "soyqırımı"nı tanıyan ölkələrin özləri də tarixdə nəyin baş verdiyini araşdırmaqda maraqlı olmayıblar. Çünki soyqırımını sübut etmək üçün ortaya fakt qoymaq mümkün deyil. Həm də məlumdur ki, tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı dünyanın gündəliyinə gətirən ermənilər ondan siyasi məqsədlər üçün istifadə edirlər.

 

 

Soyqırımına məruz qalan azərbaycanlılardır

 

 

Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Bu baxımdan tarix faktlarla sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, öz mənfur əməllərini, sərsəm "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək üçün xalqımıza qarşı ən dəhşətli soyqırımı cinayətlərini həyata keçirmişlər.

Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar. 1905-ci ildən başlamış 1918-1920-ci, 1948-1953-cü illərdə, nəhayət, 1988-ci ildən sonra Azərbaycan xalqına qarşı qandonduran soyqırımı cinayətlərini törətmişlər. Bu gün tarixi Azərbaycan ərazisi olan indiki Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Eyni zamanda ermənilər Azərbaycan mədəniyyətinə qarşı son iki yüz ildə soyqırımı həyata keçirmişlər. Ermənilərin yüzilliklər boyu törətdiyi şovinist və işğalçı siyasət nəticəsində əzəli Azərbaycan torpaqları qəsb edilib, on minlərlə soydaşımız vəhşicəsinə öldürülüb, minlərlə maddi və mənəvi mədəniyyət abidələrimiz vandallıqla dağıdılıb və ya erməniləşdirilib.

 

 

 

Dünya artıq saxta iddialara inanmaq istəmir

 

 

 

Uzun illər Ermənistan xarici havadarlarının köməyi ilə dünyada informasiya vakuumu yaratmaqla öz yalan, riyakar ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa çalışıb. Lakin Vətən müharibəsində döyüş meydanında darmadağın edilən işğalçı dövlət artıq ifşa olunub uzun dövrdür istəyinə nail ola bilmir. Çünki Azərbaycan informasiya blokadasını nəinki çoxdan sındırıb, həm Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsində erməni yalanlarına böyük zərbə vurulub.

Xocalı soyqırımının ayrı-ayrı ölkələr ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları tərəfindən tanınması göstərir ki, erməni yalanları bütün dünyada sürətlə ifşa olunur. Vətən müharibəsində Gəncə, Bərdə, Tərtər digər rayonlarımızın, mülki şəxslərin bombalanması bir daha qaniçən erməni xislətinin təsdiqi oldu. Ona görə artıq xarici ölkələrdəki erməni diaspor təşkilatlarının saxta təbliğatı əvvəlkitək ayaq tutub yerimir. Bu günkü reallıqları, tarixi həqiqətləri düzgün dəyərləndirən ayrı-ayrı ölkələrin siyasi mərkəzləri uzun illərdir dünyanı aldadan ermənilərin əlində artıq alət olmaq istəmirlər.

Bütün bunları 44 günlük Vətən müharibəsində Azərbaycanın informasiya cəbhəsində qalib olması da təsdiq edir. Həmin günlərdə Prezident İlham Əliyev düşmənin saxta informasiya cəbhəsini darmadağın etdi. Dünya ictimaiyyəti ermənilərin onların havadarlarının yalan informasiyalarını qəbul etmədi.

Artıq dünya tarixi həqiqətləri görür, anlayır, uzun illər ayaq tutub yeriyən erməni yalanının maskası yırtılıb, üzü, mahiyyəti bəlli olub. Məkrli hiyləgər erməni yalanları güclü tutarlı şəkildə ifşa olunmaqdadır. Bütün dünyaya tədricən agah olur ki, ermənilərin bütün iddiaları uydurmadır əslində, onların özləri türklərə azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətmişlər.

Bəli, müəyyən zamanlarda ermənilər niyyətlərinə çatsalar da, indi zaman dəyişib. Güclü Azərbaycan dövləti qondarma erməni iddialarını nəinki ifşa, həm darmadağın edir.

 

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2022.- 23 aprel.- S.7.