Gimnastlarımız finala yüksəldilər

 

Bakıda keçirilən Dünya kubokunda 31 ölkənin 126 idmançısı medallar uğrunda mübarizə aparır

 

Dünən Bakıda  Milli Gimnastika Arenasında Bədii Gimnastika üzrə Dünya Kubokuna start verilib.

Yarışın açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini Mariana Vasileva paytaxtımızın gimnastika növləri üzrə daha bir nüfuzlu yarışı qəbul etməsini ölkəmizdə idmana göstərilən diqqət və qayğının nümunəsi kimi dəyərləndirib. Bakının dünya gimnastikasının əsas mərkəzlərindən biri olduğunu deyən Mariana Vasileva Azərbaycanda idman uğurlarının artdığını və gimnastikanın ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırıb.

Nazir müavini qeyd edib ki, ölkəmizdə yaradılan şərait həm idmançıların hazırlığı, həm də beynəlxalq yarışları yüksək səviyyədə təşkil etməyə imkan verir. Milli Gimnastika Arenası təkcə Azərbaycanın deyil, əcnəbi gimnastların da sevimli mərkəzlərindən birinə çevrilib. Bütün qitələrdən gimnastlar böyük həvəslə buraya təlim-məşqlərə və yarışlara gəlirlər. Bu gün Bakı dünya gimnastikasının əsas mərkəzlərindən biridir.

"Bütün bunlar Azərbaycan dövlətinin idmana qayğısı sayəsində mümkün olub. Bu qayğıya, yaradılan yüksək şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq", - deyə M.Vasileva əlavə edib.

Tamaşaçıların qarşıdakı günlərdə gimnastların maraqlı və rəngarəng çıxışlarını izləyəcəklərini diqqətə çatdıran nazir müavini idmançılara uğurlar arzulayıb və dünya kuboku yarışlarını açıq elan edib.

Xəbər verildiyi kimi, Bədii Gimnastika üzrə Dünya Kuboku aprelin 24-dək davam edəcək. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast mübarizə aparır.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta LuzanDarya Sorokina təmsil edirlər.

3 gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ən çox icra xalı toplayan  gimnastqrup komandasına ənənəvi "AGF Trophy" Kuboku təqdim olunacaq.

Turnirin birinci günündə fərdi gimnastlar tophalqa, qrup hərəkətləri komandası isə 5 halqa ilə təsnifat mərhələsində güclərini sınayıblar. İlk olaraq fərdi gimnastlar tophalqa ilə proqramlarını icra ediblər.Yekunda Azərbaycan idmançısı Arzu Cəlilova həm top, həm də halqa ilə kompozisiyalarda 3-cü yeri tutaraq finala adlayıb. Digər təmsilçimiz Zöhrə Ağamirova isə halqa ilə icra etdiyi proqrama görə 4-cü olubfinala vəsiqə qazanıb. Çoxnövçülükdə Arzu Cəlilova və Zöhrə Ağamirova müvafiq olaraq  3-cü və 5-ci pillələrdə qərarlaşıblar.

Günün ikinci yarısında komandaların qrup yarışlarına start verilib. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta LuzanDarya Sorokinadan ibarət komandamız qrup hərəkətləri üzrə 5 halqa ilə kompozisiya icra edib. Komandamızın təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 33,050 xalla qiymətləndirilib. Yekunda ikinci yeri tutan gimnastlarımız finala adlayıb və bazar günü medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan 9-cu Dünya kubokudur - Bakı 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və VIII Dünya Kubokuna evsahibliyi edib.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2022.- 23 aprel.- S.11.