Enerji sahəsində əməkdaşlıq məsələləri
müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İsrailin maliyyə naziri Aviqdor Libermanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulandı, son dövrlərdə qarşılıqlı səfərlərin intensivliyinin və dinamikasının artması, həmçinin İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsi və Turizm Mərkəzinin açılması müsbət amil kimi qiymətləndirildi.
Söhbət zamanı
iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi
və enerji sahəsində əməkdaşlıq
məsələləri müzakirə olundu.
Azərbaycan.-
2022.- 26 aprel.- S.1.