Prezident İlham Əliyev: “Elə etməliyik
ki, erməni faşizmi
bundan sonra heç vaxt baş qaldırmasın”
“Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizminin məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.
AZƏRTAC xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin çapdan yeni çıxmış 117-cı kitabında yer alan bu fikirləri dövlət başçısı 2022-ci il yanvarın 30-da Gəncədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində söyləyib.
Çoxcildliyin bu kitabındakı materiallar 2022-ci ilin yanvar-fevral aylarını əhatə edir.
Kitaba Azərbaycan
Prezidentinin Rusiyaya rəsmi səfəri, Prezident Vladimir Putin ilə
görüşü haqqında
məlumat, iki ölkənin liderlərinin
imzaladığı "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə"nin,
Rusiya və Azərbaycan prezidentlərinin
mətbuata bəyanatlarla
çıxışlarının mətnləri, dövlətimizin
başçısının TASS Agentliyinin mənzil-qərargahında
"Rusiya və Azərbaycanın diplomatik
münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında" adlı ekspozisiya ilə tanışlığı,
həmçinin səfər
çərçivəsində digər tədbirlər barədə informasiyalar daxil edilib.
Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri, Prezident Volodimir Zelenski ilə görüşünə
və sənədlərin
imzalanmasına dair materiallar, mətbuata bəyanatlar da bu nəşrdə yer alıb.
Regionların inkişafını
daim diqqət mərkəzində saxlayan
Prezident İlham Əliyev 2022-ci il yanvarın 30-da Gəncəyə
səfər edib, Dövlət Dram Teatrının
yeni binasının, Gəncə regional "ASAN xidmət"
Mərkəzinin açılışlarında,
Gəncə Memorial Kompleksinin
təməlqoyma mərasimində
və digər tədbirlərdə iştirak
edib. Bütün bunlar haqqında
xəbərlər və
dövlət başçısının
Gəncədə AZƏRTAC-a müsahibəsinin mətni,
eləcə də fevralın 13-də Ağdam
və Ağcabədi rayonlarına səfəri
ilə bağlı geniş informasiyalar yeni kitabda toplanıb.
Oxucu 117-ci cilddə Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının
30 illiyinə və Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş və "Rossiya 24" telekanalında
yayımlanmış "Hakimiyyət
formulu" verilişinin
mətni ilə də tanış ola bilər.
Həmçinin yeni kitaba dövlətimizin başçısının Səudiyyə
Ərəbistanı Krallığının
"ACWA Power" şirkətinin ölkəmizdə inşa
edəcəyi "Xızı-Abşeron"
Külək-Elektrik Stansiyasının
təməlqoyma mərasimində,
"Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində
nazirlərin VIII toplantısında,
Azərbaycan Gəncləri
Gününün 25 illiyinə
həsr olunmuş Gənclər Forumunda və digər tədbirlərdə çıxışlarının,
habelə "Qobu"
Enerji Qovşağının
açılışından sonra AZƏRTAC-a müsahibəsinin
mətnləri daxil edilib.
Nəşrdə Azərbaycan
Prezidentinin Türkiyə
Prezidentinə, Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
Baş nazirinə, İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı
Kralına həmin ölkələrlə respublikamız
arasında diplomatik münasibətlərin qurulmasının
30 illiyi münasibətilə
ünvanlandığı məktublar
da verilib.
"Azərnəşr"
tərəfindən buraxılan çoxcildliyin
117-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət
İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.-
2022.- 26 aprel.- S.4.