Azərbaycan mətbuat azadlığı sahəsində yeni mərhələyə qədəm qoyub

 

Aprelin 25-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro ilə görüşüb.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, insan hüquqları sahəsində Azərbaycanın Avropa təsisatları ilə əməkdaşlığının uğurla davam etdiyini diqqətə çatdıran Əli Hüseynli ATƏT-in media azadlığı üzrə nümayəndəsinin səfər çərçivəsində keçirəcəyi görüşlərin bu istiqamətdə səmərəli olacağına inamını ifadə edib.

Azərbaycanda media azadlığı sahəsində görülən işlərdən söz açan Milli Məclis sədrinin birinci müavini yeni qəbul olunmuş “Media haqqındaQanundan bəhs edib. Qanunun geniş dinləmələrdən, müxtəlif platformalarda müzakirələrdən keçdiyini bildirən Ə.Hüseynli layihənin parlamentə qədər müzakirələrində 800-ə yaxın media ekspertinin jurnalistin iştirak etdiyini vurğulayıb.

O, layihənin parlamentdə iki komitədə - aparıcı komitə olaraq İnsan hüquqları komitəsində Hüquq siyasəti dövlət quruculuğu komitəsində baxıldığını, müzakirələrdə ölkənin 100-dən çox aparıcı media qurumundan nümayəndələrin dəvət olunduğunu diqqətə çatdırıb. Ə.Hüseynli qanun layihəsinin parlamentdə müzakirələri zamanı maraqlı tərəflərin fikirlərinin nəzərə alındığını vahid nəticəyə gəlindiyini bildirib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Media haqqındaQanunun qəbulunu mətbuat azadlığı sahəsində Azərbaycanın yeni mərhələyə qədəm qoyması, media sahəsində sürətlə dəyişən çağırışları tələbləri tənzimləmək üçün yeni təkmil normativ-hüquqi bazanın yaradılması kimi xarakterizə edib.

O, qanun layihəsinin parlamentdə aparılan geniş müzakirələrindən, təkliflərin nəzərə alınmasından danışaraq, Qanunun kütləvi informasiya vasitələrinin fəaliyyətinin daha səmərəli tənzimlədiyini qeyd edib. Z.Oruc Qanuna tənqidi yanaşmaların da hüquqi dəlillərə əsaslanmadan siyasi deklarativ xarakter daşıdığını, sənədin tətbiq edildiyi dövrün bu deyilənləri təsdiqlədiyini deyib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro görüş üçün təşəkkürünü bildirib. O, bu cür görüşlərin işgüzar münasibətlərin inkişafında əhəmiyyətini qeyd edib. T.Ribeyro Azərbaycanda “Media haqqındaQanunun qəbulu Qanunda istifadə olunan anlayışların şərhi, tənzimləmə mexanizmlərinin tətbiqi, medianın müstəqilliyinin təminatı kimi məsələlərlə maraqlanıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Milli Məclisin komitə sədrləri Əli Hüseynli Zahid Oruc, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli qonağın toxunduğu məqamlara aydınlıq gətirib, onun suallarını cavablandırıblar.

 

Azərbaycan.- 2022.- 26 aprel.- S.4.