Azərbaycan ilə İsrail
arasında fövqəladə hallarla
mübarizə üzrə hökumətlərarası sazişin imzalanması məsələləri
müzakirə olunub
Aprelin 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin maliyyə naziri Aviqdor Libermanla görüşüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı salamlayan nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb. O, Aviqdor Libermana Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. İki ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayan nazir bu çərçivədə gələcəkdə fövqəladə halların idarə edilməsi üzrə hökumətlərarası sazişin imzalanmasının göstərilən istiqamətdə əlaqələrin inkişafına təkan verə biləcəyini qeyd edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən İsrailin maliyyə naziri Aviqdor Liberman ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu qeyd edib. A.Liberman hər iki ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunaraq, fövqəladə hallarla mübarizə üzrə hökumətlərarası sazişin potensial olaraq imzalanması ilə bağlı səsləndirilən məsələni müsbət qiymətləndirdiyini bildirib.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər müzakirə
olunub.
Azərbaycan.-
2022.- 26 aprel.- S.4.