Proses "Bakı-Yerevan"
formatında davam etməlidir
İlham Əliyevin
bu qətiyyətli mövqeyi Ermənistana razılaşmalara əməl
etməkdən başqa
yol qoymur
İkinci Qarabağ müharibəsindən
sonra Azərbaycanın
yaratdığı reallıqlar
beynəlxalq ictimaiyyət
tərəfindən tam qəbul
olunur. Bu da
ilk növbədə respublikamızın
öz ərazi bütövlüyünü bərpa
etməsinə ehtiramın
nümunəsidir.
Başqa vacib məqam ondan ibarətdir ki, Azərbaycanın yaratdığı
yeni reallıqlardan irəli gələrək
"Dağlıq Qarabağ
münaqişəsi", "status" kimi anlayışlar da beynəlxalq səviyyədə müzakirələrdən
çıxıb.
Azərbaycanın yaratdığı
reallıqlar regionun rifahı üçün
əsas faktordur
Hazırkı mərhələdə Azərbaycanın
prioritetləri münasibətlərin
normallaşdırılması, sərhədlərin demarkasiyası
və delimitasiyasıdır. Elə ötən
ilin dekabrından başlamış Brüssel
formatında da müzakirələr bu istiqamətdə, Bakının
maraqlarına uyğun
formatda davam edir. Aprelin 23-də Prezident İlham
Əliyev və Avropa İttifaqı Şurasının rəhbəri
Şarl Mişel arasında baş tutan telefon söhbətinin
məzmunu da bunu təsdiq edir.
Öncə onu qeyd edək
ki, Brüssel formatında gündəliyə
çıxarılan və
müzakirə olunan məsələlər, əldə
olunan razılaşmalar
Azərbaycanın İkinci
Qarabağ müharibəsindəki
qələbədən sonra
uğurlarını diplomatik
sferada da qətiyyətlə davam etdirməsinin göstəricisidir.
Məlum olduğu kimi, hələ ötən ilin dekabrında Brüsseldə keçirilmiş
üçtərəfli görüşdən
sonra Şarl Mişel verdiyi bəyanatda təsdiq etmişdi ki, Aİ Azərbaycanın yaratdığı
yeni reallıqları regionun rifahı üçün əsas faktor hesab edir.
Bəyanatda səslənən
bütün fikirlər
Aİ-nın təşəbbüsü
ilə yaranmış
Brüssel formatında müzakirələrin
Azərbaycanın tələb
və təşəbbüsləri
çəçivəsində aparıldığını göstərir.
Məsələn, Şarl
Mişel artıq "Dağlıq
Qarabağ münaqişəsi",
"status" kimi ifadədələrdən
istifadə etmir, o cümlədən Minsk qrupunun
adını çəkmir.
Bu il fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü
ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın
Aİ-yə
sədrliyi qismində
Emmanuel Makronun, Avropa İttifaqı Şurasının
rəhbəri Şarl
Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın
iştirakı ilə
keçirilən görüş
Vətən müharibəsindəki
yeni reallıqlar fonunda bütün proseslərin respublikamızın
maraqlarına uyğun
cərəyan etdiyini göstərdi.
Eləcə də Brüsseldə aprelin 6-da keçirilən üçtərəfli
görüşdə də
gündəliyə çıxarılan
və müzakirə olunan məsələlər
ondan xəbər verdi ki,
Azərbaycan İkinci
Qarabağ müharibəsindəki
qələbəni postmüharibə
dövründə də
inamla davam etdirir. Görünən odur ki, Prezident İlham Əliyev Brüssel formatında Azərbaycanın
maraq və mənafelərini qətiyyətlə
təmin edir.
Aİ Bakının mövqeyini bölüşür
İlham Əliyevlə
Şarl Mişel arasındakı telefon danışığının məzmunu da ondan xəbər verdi ki,
Aİ Ermənistanla normallaşma
prosesinin Brüssel formatında əldə edilmiş razılaşmalar
çərçivəsində aparılmasının tərəfdarıdır.
Başqa
cür desək,
Aİ bu istiqamətdə
konkret addımların
atılmasında və
yekunda tərəfləri
qane edəcək nəticənin əldə
edilməsində maraqlıdır.
Bakının normallaşma prosesindəki
addımları da nəticəyönümlü fəaliyyətin
təmin olunmasına hesablanıb. Ölkəmizin mövqeyi tamamilə beynəlxalq hüququn norma və
prinsiplərinə uyğundur.
Azərbaycan elə bir mövqe ortaya qoyur ki, Aİ də onu onu
bölüşür və
qəbul edir. Ən əsası Ermənistana normallaşmaya xidmət edən təkliflərdən,
təşəbbüslərdən və razılaşmalardan
imtina etmək üçün heç bir bəhanə verilmir.
Şarl Mişellə telefon söhbəti zamanı Prezident İlham Əliyev Brüssel görüşünün nəticələrinə
uyğun olaraq rəsmi Bakının Ermənistan-Azərbaycan sərhədinin
delimitasiyası və
demarkasiyası üzrə
milli komissiyanın və iki ölkə
arasında sülh müqaviləsinin hazırlanması
üzrə nümayəndə
heyətinin tərkibini
müəyyən etdiyini
və qarşı tərəflə "Bakı-Yerevan"
formatında danışıqlara
hazır olduğunu vurğulayıb. Dövlət başçısı sülh
müqaviləsi üzrə
danışıqlar üçün
Azərbaycanın təqdim
etdiyi beş
prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.
"Dəmir yumruq" sərhəd təxribatının
qarşısını qətiyyətlə
alır
44 günlük
Vətən müharibəsindən
sonra Ermənistan dəfələrlə həm
Rusiya sülhməramlılarının
müvəqqəti olduğu
Azərbaycan ərazilərində,
həm də dövlət sərhədi
istiqamətində təxribatlar
törədiblər. Hər dəfə
Azərbaycan Ordusu təxribatların qarşısını
alıb, qanunsuz silahlı birləşmələr,
həm də Ermənistan ordusunun şəxsi heyəti böyük tələfatlar
verib.
Ermənistan aprelin 23-də dövlət
sərhədinin Zəngilan
rayonu ərazisindən
keçən hissəsində
yenidən təxribat törədib. Belə ki, Ermənistan
silahlı qüvvələrinin
təxribat-diversiya qrupu
dövlət sərhədini
keçməyə cəhd
göstərib. Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş
tədbirlər nəticəsində
təxribat-diversiya qrupunun
Azərbaycan Respublikasının
ərazisinə keçməsinin
qarşısı alınıb
və diversantlar geri çəkilməyə
məcbur edilib. Təxribat-diversiya qrupunun üzvü,
hərbi qulluqçu Martirosyan Eduard Arturoviç
DSX əməkdaşları tərəfindən saxlanılıb.
Bu hadisə
bəlli həqiqətlərə
yeni işıq salır. Məlum olduğu kimi,
Ermənistan tərəfi
hələ 44 günlük
müharibədən də
əvvəl danışıqlar
prosesini əngəlləmək
üçün təxribatlar
törədirdi. Məqsəd sülh danışıqlarını
pozmaq, problemin həllini dondurulmuş vəziyyətdə saxlamaq
idi. Bu baxımdan
Aİ-nın vasitəçiliyi
ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması
üçün nəticəyönümlü
müzakirələrin getdiyi
bir vaxtda Ermənistanın yenidən
hərbi təxribatlar
törətməsi suallar
yaradır.
Azərbaycan haqlı olaraq
bu hadisəni Ermənistanın ölkələr
arasında delimitasiya komissiyalarının yaradılması
və müvafiq işlərin aparılmasına
qarşı yönəlmiş
təxribatı kimi dəyərləndirir.
İndi Ermənistanın
münasibətlərin normallaşması
ilə bağlı müzakirələrin ruhuna
uyğun davranmaqdan savayı yolu yoxdur. Çünki Azərbaycan özünün
güclü mövqeyi
ilə Ermənistana heç bir şans vermir. Təxribatların qarşısı isə "dəmir yumruq" tərəfindən
hər zaman qətiyyətlə alınacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2022.- 26 aprel.- S.1; 5.