Seymur Nəsirov:
Prezident İlham Əliyev
Zəfər Qurultayındakı nitqində növbəti beş il üçün
diasporumuz qarşısında duran vəzifələri müəyyənləşdirdi
Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyev bizim gələcək 5 il ərzində fəaliyyətimizlə bağlı yol xəritəsi müəyyənləşdirmişdi. Dövlətimizin başçısı o zaman bizim həm yaşadığımız ölkənin dilini yaxşı bilməyimizin önəmli olduğunu, həm də ana dilimizi unutmayaraq öz övladlarımıza yaxşı öyrətməyimizin vacibliyini bildirmişdi.
Bu
sözləri AZƏRTAC-a açıqlamasında Misir-Azərbaycan
Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim
Seymur Nəsirov söyləyib.
Bu
günədək 1150-dən çox misirli tələbəyə
Azərbaycan dilini tədris etdiklərini bildirən S.Nəsirov
deyib: “Biz tələbələrə təkcə Azərbaycan
dilini yox, həm də ölkəmizin mədəniyyətini,
coğrafiyasını, həqiqətlərini
aşılayırıq. Biz bunun Vətənimizin təbliği
və əlaqələrin inkişafı üçün nə
qədər önəmli olduğunu görürük”.
Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya
Azərbaycanlılarının V Qurultayında nitqində gələcək
beş il üçün Azərbaycan diasporunun
qarşısında duran vəzifələr
barədə yol xəritəsi müəyyənləşdirdiyini
vurğulayan diaspor
nümayəndəsi qeyd edib
ki, dövlətimizin
başçısı diasporumuz
qarşısında azərbaycançılıq məfkurəsinin
təbliğatı ilə bağlı işlər görmək
vəzifəsini qoydu.
Azərbaycan $g 2022.- 24 aprel.- S.3.