Yuxuya təsir edən bitkilər

 

 

Otaqdakı havanın keyfiyyəti, temperaturu, narahatedici hər bir amil yuxu rejiminə təsir edir. Buna görə insanlar yuxu rejiminə yaxşı təsir edən vasitələrə əl atırlar. Bəzi bitkilər bu baxımdan effektli sayılır. O üzdən yataq otaqlarında bitkilərə üstünlük verilməsi tövsiyə olunur. Məsələn, lavandanın ətri rahatladıcı qoxu hesab olunur. Həmçinin elmi araşdırmalara görə, bitkinin qan təzyiqi və ürəyin təzyiqini azaltdığı deyilir. Bəzi insanlar hətta otaqda havanın dəyişməsi üçün lavanda spreyindən də istifadə edirlər.

İlan bitkisi bu baxımdan effektli hesab oluna bilər. Bitki otaqda havanın keyfiyyətini yaxşılaşdırır bəzi zərərli kimyəvi maddələri məhv edir.

Rütubətli, nəm otaqda yatmaq insan sağlamlığı üçün ziyanlı olsa da, çox quru havanın da yuxu üçün narahatedici məqamları var. Otaqdakı quru hava insanın tənəffüsünü çətinləşdirir. Buna görə belə otaqlarda rütubəti artırmaq üçün zanbaq gülündən istifadə olunur. Zanbaqlar otaqda rütubətliliyi 5 faizədək artıra bilir, eyni zamanda soyuqdəyməyə qarşı həssaslığı azaldır.

Aloe bitkisinin otağınızda olması yuxunuza müsbət təsir edə bilər. Bu bitkinin oksigen yaratma qabiliyyəti otağın oksigenlə zənginləşməsinə rahat yatmağınıza kömək edəcək. Areca xurması da yaxşı hava təmizləyicilərindən hesab olunur. İlan bitkisi kimi havadan zərərli maddələri alır. Areca xurması həm təbii hava nəmləndiricisidir.

Rütubətli hava insan sağlamlığına yuxu rejiminə təsir edir. Təbii ki, rütubətin qarşısının alınması üçün otaqda tədbirlər görülməlidir. Rütubətin qarşısını alan bitkilərdən biri ingilis sarmaşıqlarıdır. Bitki havada olan kifi toplayır infeksiyanın inkişafının qarşısını alır.

 

 Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 24 aprel.- S.10.