Azərbaycan gimnastikasının tarixi uğuru

 

İdmançılarımız Dünya kubokunda mühüm qələbə qazandılar

 

 Milli Gimnastika Arenasında 31 ölkədən 126 gimnastın iştirakı ilə keçirilən Dünya kuboku yarışlarının ikinci günü Azərbaycanın qrup hərəkətləri üzrə komandasının qazandığı gümüş medal ilə yadda qalıb.

Belə ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta LuzanDarya Sorokinadan ibarət komandamız çoxnövçülükdə 63.650 xal qazanaraq ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, aprelin 23-də 5 halqa ilə çıxışlarına görə 33.050 xalla ikinci olan gimnastlarımız 3 lent və 2 topla da eyni nəticəni təkrarlayaraq, gümüş medal qazanmaqla yanaşı, ayr-ayrı alətlər üzrə keçiriləcək final mərhələsinə də vəsiqə əldə etmişdilər.

Həmin gün həmçinin fərdi proqramda çoxnövçülük üzrə qaliblər müəyyənləşib. Fərdi proqramda ölkəmizi təmsil edən gənclər arasında dünya çempionatının gümüşbürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı Arzu Cəlilova və 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova yekunda müvafiq olaraq 6-cı və 7-ci pilləni bölüşüblər.

Yarışların sonuncu günü - aprelin 24-də fərdi gimnastlarqrup hərəkətləri komandaları final mərhələlərində mübarizə aparıblar. Arzu Cəlilova halqa, toplent, Zöhrə Ağamirova isə halqa və gürzlərlə proqramlarını təqdim ediblər.

Fərdi proqramda halqa ilə hərəkətlərdə İtaliya təmsilçisi Sofiya Rafaelli qızıl medal qazanıb. İdmançının çıxışı 34.900 xalla qiymətləndirilib. Bolqarıstanlı Boryana Kaleyn (31.450 xal) ikinci, İsrail təmsilçisi Adi Asya Kats (30.350 xal) üçüncü pillədə qərarlaşıblar. Gimnastlarımız Arzu Cəlilova 29.800 xalla dördüncü, Zöhrə Ağamirova isə 29.350 xalla altıncı yeri tutublar.

Topla hərəkətdə Bolqarıstan təmsilçisi Boryana Kaleyn birinci olub. Gimnastın final mərhələsində çıxışı 33.050 xalla qiymətləndirilib. 2-3-cü yerlərdə İtaliya gimnastları Milena Baldassarri (30.800 xalla) və Sofiya Rafaelli (30.650 xal) qərarlaşıblar. Arzu Cəlilova 30.100 xalla 5-ci nəticə göstərib.

Gürzlərlə proqramda İsrail gimnastı Darya Atamanov 30.950 xalla bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Latviyalı Yelizaveta Polstyanaya 30.700 xalla ikinci, İtaliya gimnastı Sofiya Rafaelli 29.800 xalla üçüncü olublar. Zöhrə Ağamirova 28.050 xalla 6-cı yerdə qərarlaşıb.

Lent ilə yarışın final mərhələsində  Boryana Kaleynin çıxışı 29.750 xalla qiymətləndirilib və o, birinci olub. Bu, Bolqarıstan təmsilçisinin  dünya kuboku yarışlarında ikinci qızıl medalıdır. İsrailli Darya Atamanov 29.200 xalla ikinci, Sloveniya gimnastı Yekaterina Vedeneyeva 29 xalla üçüncü pillədə yer tutublar. Arzu Cəlilova 27.400 xalla 6-cı olub.

Bundan sonra qrup hərəkətləri üzrə  komandalar medallar uğrunda həlledici mübarizəyə qoşulub və 5 halqa ilə proqramda Azərbaycan gimnastları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta LuzanDarya Sorokinadan ibarət komandamız final çıxışına görə hakimlərdən 32.850 xal alaraq qızıl medallara layiq görülüb. Bununla da gimnastlarımız tarixi uğura imza atıblar.

İtaliya komandası 32.450 xalla ikinci, İsrail gimnastları isə 32.050 xalla üçüncü olublar. Bununla da gimnastlarımız tarixi uğura imza atıblar.

3 lent və 2 top ilə proqramda isə Azərbaycan komandası 24.750 xalla beşinci olub. İtaliya komandası 30.400 xalla qızıl, Yaponiya 28.250 xalla gümüş, Qazaxıstan gimnastları isə 26.650 xalla bürünc medal qazanıblar.

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışında ən yüksək icra xalını toplamış idmançılara ənənəvi "AGF Trophy" kuboku təqdim edilib. Kubok Azərbaycan gimnastı Arzu Cəlilovaya və İtaliyanın qrup hərəkətləri komandasının üzvlərinə verilib. A.Cəlilova mükafatçılar sırasına düşə bilməsə də, yarışların təşkilatçıları tərəfindən yüksək nəticələrə görə bu mükafata layiq görülüb. İtaliya komandası isə dünya kuboku yarışlarını 3 medalla başa vurub.

Bu, Azərbaycanın gimnastikanın müxtəlif növləri üzrə bu il evsahibliyi etdiyi 5-ci beynəlxalq yarış idi. Mötəbər turnirdə 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandalarının üzvləri olmaqla 126 gimnast iştirak edib.

Bu gün gimnastika Azərbaycanda, həqiqətən, sevimli və məşhur idman növlərindən birinə çevrilib. Gimnastlarımız mühüm yarışlarda layiqli mübarizə aparır və fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olurlar. Azərbaycanın özünəməxsus məşqçilik ənənələri formalaşır. Hələ yaxın keçmişdə Azərbaycan gimnastları toplanışlar üçün xaricə gedirdilərsə, bu gün digər ölkələrin idmançıları məşq toplanışları üçün ölkəmizə gəlirlər. Azərbaycan müntəzəm olaraq gimnastika üzrə Avropadünya çempionatlarına evsahibliyi edir. Azərbaycan gimnastika məktəbi dünya idman birliyi tərəfindən tanınır. Ölkəmizdə gimnastikanın müxtəlif növləri - bədii gimnastika, kişi və qadın idman gimnastikası, aerobikakrobatik gimnastika, tamblinqbatut inkişaf edir. Azərbaycanın müxtəlif regionlarında gimnastika klubları və bölmələri fəaliyyət göstərir. Müntəzəm olaraq bölgələrarası kubok yarışları təşkil olunur. Bütün bunlar Azərbaycan gimnastika coğrafiyasının geniş yayılmasının gözəl sübutudur.

Azərbaycanda idman siyasəti dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında böyük uğurla həyata keçirilir. Müstəqil Azərbaycan tarixində ölkəmiz, xüsusi ilə paytaxtımız bir sıra idman növləri üzrə mötəbər yarışları təşkil etməsi ilə yadda qalıb. Gimnastika növləri üzrə yarışların keçirilməsi də artıq bir ənənəyə çevrilib. 2002-ci ildə Mehriban xanım Əliyeva  Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilibbu vəzifədə özünü peşəkar təşkilatçı kimi nümayiş etdirib. Həmin vaxtdan bəri mövcud gimnastika növləri dirçəlib və digərləri də inkişaf etməyə başlayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə artmaqda olan nüfuzu bədii gimnastika üzrə dünya kubokunun "A" kateqoriyalı mərhələsinin, dünya kubokunun, 27-ci dünya çempionatının, 23-cü, 25-ci və 30-cu Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.

Bundan əlavə, batut üzrə Avropa, dünya çempionatlarına evsahibliyi etmişik. Ötən ayın əvvəlində Bakıda Akrobatika Gimnastikası üzrə XII Dünya Yaş Qrupları Yarışları, martın 10-13-də isə böyüklər arasında Akrobatika Gimnastikası üzrə XXVIII Dünya Çempionatı uğurla keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın  dediyi kimi, biz əminik ki, Azərbaycan gimnastikasının qarşıda bir çox qələbələri və nailiyyətləri olacaq. Gimnastika bu sahədə böyük potensiala malikdironun inkişafı üçün Azərbaycanda hər cür şərait yaradılıb. Mən inanıram ki, qazanılan uğurlar davamlı olacaqdır.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2022.- 26 aprel.- S.11.