Ermənistan müxalifəti aksiyalara insanları pulla toplayır

 

Polis zor tətbiq edir, etirazçılar silahlanırlar

 

İrəvanda baş verən qarşıdurma ölkədə gərgin xaotik vəziyyət yaradıb. Müxalifət Paşinyanın baş nazir kimi ölkə idarəçiliyini davam etdirməsinə qarşı çıxaraq bir neçə gündür etiraz aksiyaları keçirir. Kürsüsünü itirmək istəməyən Nikol Paşinyan isə kütləvi etirazların qarşısını almaq üçün bütün repressiv tədbirlərə əl atır.

Dünəndən etibarən isə müxalifət İrəvanın mərkəzində müddətsiz etiraz aksiyası elan edib. Sosial şəbəkələrin çoxminlik səhifələrinin ermənidilli seqmentində yayılan informasiyalardan aydın olur ki, etiraz aksiyaları istər iştirakçıların sayı, istərsə miqyası baxımından genişlənməkdədir. Son məlumatlara görə, İrəvanda mitinq iştirakçılarının sayı 7 min nəfəri ötüb. Proseslərin bu səpkidə inkişafı baş nazir Nikol Paşinyanı ciddi şəkildə qorxudur.

Ermənistan polisi paytaxtdakı etiraz aksiyalarında kobud pozuntular aşkarlandığını açıqlayıb. Polisin bəyanatında bildirilir ki, etirazçılar dövlətə məxsus, eləcə mülki vətəndaşların avtomobillərinin təkərlərini kəsici deşici alətlərlə sıradan çıxarırlar. Bu isə aksiya iştirakçılarında kəsici-deşici alətlərin, yəni soyuq silahın olduğu anlamına gəlir. Buna görə polis aksiyada iştirak edənlərə qarşı zor tətbiqini daha da gücləndirib. Yerli mətbuatın yazdığına görə, dünən 36 nəfər polis şöbələrinə gətirilib.

Bu arada müxalif "Şərəfim var" fraksiyasının başçısı Artur Vanetsyanın köməkçisi Aram Qriqoryan ermənilərə separatçı rejimə dəstək mitinqinə gəlmələri üçün pul verir. Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

A.Vanetsyan baş nazir Nikol Paşinyanı dərhal istefa verməyə çağırıb. O, baş nazirin həbs etdirdiyi şəxslərin bu cür cəzalardan qorxmadığını bildirib. Qeyd edib ki, Paşinyan istefa verməli olduğunu yaxşı başa düşür, başqa bir seçimi yoxdur. Müharibədə məğlub olan siyasətçinin liderliklə heç bir əlaqəsi ola bilməz. Vanetsyan artıq heç kimin Paşinyanı hökumət başçısı kimi görmək istəmədiyini diqqətə çatdırıb: "Utanmırsanmı, Nikol? Komandana töhmət ver. Onlar sonda sənə qarşı yönələcəklər. 5000 əsgərin başını yedin. Bu gün yaralanan on min vətəndaşımız var. Üstəlik, yaralıların barmağının ya qulağının ucu kəsilməyib, onlar ayaqlarını, əllərini itiriblər. O insanların problemlərini necə həll edəcəksiniz?"

Ermənistanda yüksələn siyasi gərginlik fonunda artan xarici borclar da İrəvana müsbət heç vəd etmir. Əksinə, beynəlxalq təşkilatlar, müxtəlif xarici dövlətlər Ermənistana yeni borclar verilməsinə indi böyük ehtiyatla yanaşırlar. Çünki Ermənistan əvvəl aldığı xarici borcların qaytarılmasında böyük çətinliklər yaşayırlar, eyni zamanda bu ölkənin həmin borclar əvəzinə verə biləcəyi digər hər hansı resursu yoxdur. Əksər dövlət müəssisələri isə xarici borc əvəzinə çoxdan əcnəbilərin, əsasən Rusiya şirkətlərinin əlinə keçib. Yeri gəlmişkən, qeyd edək ki, həmin müəssisələrin çoxu həm fəaliyyətsizdir yaxın perspektivdə işə düşmələri gözlənilmir.

İndi Ermənistanda belə hesab olunur ki, mövcud problemlərin meydana gəlməsi dərinləşməsində Paşinyan iqtidarının yarıtmaz siyasəti əsas rol oynayır. Məhz bu ölkəni siyasi iqtisadi müstəvidə dalana dirəyib. Eyni zamanda hakimiyyətdə təmsil olunanların yaratdıqları korrupsiya rüşvət piramidası ölkə iqtisadiyyatının inkişafını əngəlləyən əsas faktorlardan biri olaraq qalmaqdadır.

Xarici ticarət dövriyyəsində qeydə alınan mənfi saldonun həcminin mütəmadi olaraq artması Ermənistan iqtisadiyyatının ixrac potensialının tənəzzüldə olduğunu göstərən vacib faktordur. İş o yerə çatıb ki, əvvəl Ermənistanda istehsal edilən bəzi məhsullara olan tələbat artıq idxal hesabına ödənilir. Bunun əsas səbəblərindən biri Ermənistanda fəaliyyət göstərən müəssisələrin bir çoxunun fəaliyyətini dayandırması ya başqa ölkənin ərazisinə köçürülməsidir. Hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 60 faizindən çoxu işsizdir. Bu rəqəm son aylar xüsusilə artıb. Buna səbəb həm hakimiyyətin pandemiya dövrünün tələblərinə uyğun sosial-iqtisadi siyasət yürüdə bilməməsidir. "4rd.am" saytı yazır ki, ilin əvvəlindən bəri ölkədə xeyli sayda müəssisə, şirkət səhmdar cəmiyyət, habelə biznes ticarət obyektləri, kiçik orta sahibkarlar fəaliyyətini dayandırıblar. Pandemiya müharibə nəticəsində il ərzində təkcə paytaxt İrəvanda yerini itirmiş insanların sayı 200 mini ötüb.

Bütün bunların nəticəsidir ki, hakimiyyətin vətəndaşlar arasında heç bir dayağı qalmayıb. Paşinyanın istefasını tələb edənlərin sırası gündən-günə çoxalır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 26 aprel.- S.11.