Azərbaycan “Formula-1”ə hazırlaşır

 

Azərbaycan növbəti "Formula-1" yarışlarına hazırlaşır. Pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, sonrakı il isə tamaşaçısız keçirilən bu möhtəşəm yarışın Bakı mərhələsi iyunda keçiriləcək.

“Formula-1” yarışlarının builki şüarı "F1 qayıdır: trekə tribunaya!" olaraq müəyyənləşdirilib. 23 Qran-pridən ibarət mövsümə martın 20-də Bəhreyndə start verilib. Səudiyyə Ərəbistanı, Avstraliya İtaliyada yarışlar mart-aprel aylarında keçirilib. Digər mərhələlər isə Amerika Birləşmiş Ştatları, İspaniya, Monako, Azərbaycan, Kanada, Böyük Britaniya, Avstriya, Fransa, Macarıstan, Belçika, Niderland, Sinqapur, Yaponiya, Meksika Braziliyada olacaq. Çempionat noyabrın 20-də Əbu-Dabi Qran-prisi ilə yekunlaşacaq. Azərbaycanda yarışlar 10-12 iyun tarixlərdə baş tutacaq.

"Bakı Şəhər Halqası “Formula-1” Azərbaycan Qran-prisi" mövsümün ən parlaq vizuallarını təqdim edib. Bu, ilk dəfə dövlət bayrağımızın rəngləri ilə, daha vətənpərvər ruhda simvolizə edilib.

Artıq neçə gündür Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinə başlanılıb. Yarış zamanı vətəndaşların sürücülərin təhlükəsziliyini təmin etmək üçün istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçirilir. Hazırlıq işləri Xəqani küçəsi ilə Bülbül prospektinin kəsişməsindən başlayaraq bütün yarış yolunu əhatə edir. Keçən ildəkindən fərqli olaraq, budəfəki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq bulvar boyu da tribunaların quraşdırılmasına başlanılıb. Tikinti-quraşdırma işləri 6 iyunadək yekunlaşdırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer bildirib ki, bütün hazırlıqlar vaxtında başa çatdırılacaq. "Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək. Sevindirici xəbər ondan ibarətdir ki, tribunalara trekə qayıtmışıq. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik", - deyə o, qeyd edib.

Yerli azarkeşlərin böyük maraq göstərdiyi bu yarışa tamaşaçı qismində xeyli sayda turist gözlənilir. Ən çox bilet ABŞ, Böyük Britaniya Niderlandda satılıb.

“Formula-1” Azərbaycan Qran-prisinin mətbuat katibi Turab Teymurov bildirib ki, azarkeşlər digər “Formula-1” yarışları ilə yanaşı, Azərbaycan Qran-prisini dünyanın bir sıra qabaqcıl idman televiziya kanalları vasitəsilə izləmək imkanı olacaq. Qeyd edək ki, “Formula-1” yarışlarının tamaşaçı auditoriyası 1,5 milyarda yaxındır. Maraqlı fakt isə budur ki, son iki mövsümdə Bakıda keçirilən bu həyəcanlı qarşılaşma ABŞ-da izlənilən ən populyar yarış olub.

Xatırladaq ki, Azərbaycanda “Formula-1” avtomobil yarışları ilk dəfə 2016-cı ildə keçirilib. Dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Deməli, bu cür mötəbər yarışa gec qoşulsaq da, ciddi tamaşaçı auditoriyası toplaya, başqa sözlə, milyonlarla insanın diqqətini ölkəmizə cəlb edə bilmişik. Azərbaycan Qran-prisi ümumilikdə “Formula-1” yarışlarının respublikamızın idman həyatına əlamətdar hadisə kimi həkk olunacaq.

 

Ülkər XASPOLADOVA

 

Azərbaycan.- 2022.- 26 aprel.- S. 11.