İlham Əliyev
Emmanuel Makronu təbrik
edib
Fransa Respublikasının
Prezidenti Zati-aliləri
cənab Emmanuel Makrona
Hörmətli cənab
Prezident,
Fransa Respublikasının Prezidenti
vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə
Sizi təbrik edirəm.
Bu il
Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi
qeyd olunur. İqtisadiyyat, energetika, o cümlədən
neft-qaz yataqlarının
istismarı, mədəniyyət,
təhsil və qarşılıqlı maraq
doğuran bir sıra digər sahələrdə uğurlu
əməkdaşlıq əlaqələrimizi
şərtləndirən başlıca
amillərdəndir. Bu əməkdaşlığın bundan sonra da
xalqlarımızın mənafeyi
naminə birgə səylərimizlə davam
etdiriləcəyinə inanıram.
Ümidvarıq ki, hazırda Avropa İttifaqına sədrlik
edən Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması,
tərəfimizdən təqdim
edilən beş
prinsip əsasında ölkələr arasında
sülh müqaviləsinin
hazırlanması prosesinə
öz dəstəyini
verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, qarşıdakı fəaliyyətinizdə
müvəffəqiyyətlər diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 aprel 2022-ci il
Azərbaycan.-
2022.- 26 aprel.- S.1.