İqtisadi Əməkdaşlıqİnkişaf Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

İqtisadiyyat naziri ölkəmizdə İƏİT-lə əməkdaşlığa önəm verildiyini, qurumun Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində faydalı əməkdaşlığı, hər il Parisdə keçirilən “Avrasiya həftəsi” tədbirində İqtisadiyyat Nazirliyi tərəfindən iştirakın təmin edildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafı və şaxələndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin icrasında beynəlxalq təcrübənin tətbiqi baxımından İƏİT-lə tərəfdaşlıq önəmlidir. Diqqətə çatdırılıb ki, İƏİT-lə kiçikorta müəssisələrin inkişafı, rəqəmsallaşmasının təşviqi, vergi sahəsində şəffaflıq və hesabatlılığın artırılması və digər sahələrdə əməkdaşlığın inkişafı, həmçinin birgə layihələrin icrası üçün imkanlar genişdir.

İƏİT-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompson təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda kiçikorta biznesin inkişafının təşviqinə töhfə verəcəyini vurğulayıb.

Görüşdə Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Kiçik Biznes Aktına uyğunluğun, Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihələri, Azərbaycan-İƏİT Əməkdaşlıq Şurasının yaradılması barədə müzakirələr aparılıb.

 

Azərbaycan.- 2022.- 27 aprel.- S.4.