Baş nazir Əli Əsədov Latviyanın Baş nazirinin müavini ilə görüşüb

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 27-də Latviya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizmbir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

 

Azərbaycan.- 2022.- 28 aprel.- S.2.