Ceyhun Bayramov: “Azərbaycan
Gürcüstanın ərazi bütövlüyünü
daim dəstəkləyib və rəsmi
Tbilisidən eyni yanaşmanı görüb”
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi ölkələrimiz arasındakı dostluq və tərəfdaşlığın bariz nümunəsidir. Bu il Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu dövr bütün sahələrdə inkişaf dövrü olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
C.Bayramov qeyd edib ki, Azərbaycan daim Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və rəsmi Tbilisidən eyni münasibəti görüb.
İqtisadi
münasibətlərə toxunan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, 2022-ci ilin birinci rübündə
ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi
260 milyon dollar olub.
Azərbaycan.-
2022.- 28 aprel.- S.2.