Enerji resurslarından səmərəli istifadə qaydaları təkmilləşdirilir

 

Aprelin 27-də Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasın gündəliyinə   Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, ”Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda müzakirəsi daxil edilib.

Əvvəlcə Sadiq Qurbanov bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı tariximizin ən şanlı səhifələrindəndir. Komitə sədri Qurultayın əhəmiyyətindən danışıb.

Sonra o, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin beynəlxalq əlaqələrinin inkişafından danışaraq bildirib ki, spiker bu sahədə görülən işlər barədə  parlamentin plenar iclaslarında deputatlara məlumat verir.

İclasda Sadiq QurbanovEnerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib. O, qeyd edib ki, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edən bu sənəd  9 iyul 2021-ci il tarixdə qəbul edilib və 2022-ci il iyulun 1-də qüvvəyə minəcək.

Təklif olunan sənəd adıçəkilən qanunun təkmilləşdirilməsi və bir sıra müddəalarının dəqiqləşdirilməsi məqsədi daşıyır. Qanunun 2.1.1-ci maddəsinə əsasən enerji (enerji resursları) dedikdə bütün növ enerji məhsulları, o cümlədən yanacaq növləri, bərpa olunan enerji, elektrik, istilik, su enerjisi və digər enerji formaları nəzərdə tutulur. Bu baxımdan bir sıra enerji məhsullarına, yanacaq növlərinə (təbii qaz) münasibətdə terminoloji baxımdan “nəql” sözü işlənilməsi məqsədəmüvafiqdir.

Komitə sədri qeyd edib ki, enerji effektivliyi fondunun fəaliyyətinin təmin olunması üçün onun saxlanması xərclərinin fondun öz vəsaitləri hesabına ödənilməsi təklif olunur. Həmçinin bir sıra dəqiqləşdirici dəyişikliklər nəzərdə tutulur.

Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin üzvləri İltizam Yusifov və Nəsib Məhəməliyev qanun layihəsi barədə çıxış edərək dəyişikliklərin əhəmiyyətini qeyd ediblər.

Deputatlar qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra iclasda komitə sədri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, ”Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verib.

Qeyd edib ki, qanun layihəsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli qanununun tətbiqi ilə əlaqədar hazırlanıb, uyğunlaşdırma və terminlərin dəqiqləşdirilməsi məqsədi daşıyır.

Sənədlə bağlı deputat İltizam Yusifov elektrikistilik enerjisinin paylaşmasına aid tələblər barədə çıxış edib öz təklifini verib.

İclasın sonunda sənəd birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

 

Azərbaycan.- 2022.- 28 aprel.- S.7.