Qazaxıstan nümayəndə heyəti Gəncədə
erməni terroru nəticəsində həlak
olan şəhər sakinlərinin xatirəsini
anıb
Qazaxıstanın bir qrup KİV və ictimaiyyət nümayəndələri Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüblər.
Məlumat verilib ki,
işğalçı Ermənistanın silahlı qüvvələri
44 günlük Vətən müharibəsində
beynəlxalq hüququn norma
və prinsiplərini, 1949-cu il Cenevrə
konvensiyalarını və onların Əlavə
protokollarını, habelə özlərinin israrlı
xahişləri əsasında Moskvada keçirilmiş görüşün
yekunu olaraq
razılaşdırılmış humanitar
atəşkəs rejiminin tələblərini
pozaraq Azərbaycanın dinc
əhalisini qəsdən hədəfə almaqla
yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Düşmənin Azərbaycanın ikinci böyük şəhəri,
yarım milyon əhalisi olan
və münaqişə zonasından 100 kilometrdən artıq
məsafədə yerləşən Gəncə şəhərinə
raket hücumları nəticəsində
aralarında qadın və uşaqlar da olmaqla 26 mülki
şəxs həlak olub, 142 nəfər
isə yaralanıb. Şəhərdə mülki
infrastruktur obyektlərinə, tarix-mədəniyyət
abidələrinə, o cümlədən
nəqliyyat vasitələrinə külli
miqdarda ziyan dəyib.
Azərbaycan.- 2022.- 28 aprel.- S.7.