İsveçdə Ələt
Azad İqtisadi Zonasının
təqdimatı keçirilib
Aprelin 26-da İsveçin Höteborq
şəhərində Ələt
Azad İqtisadi Zonasında
xarici investorlara yaradılan imkanların təqdimatı keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Qərbi İsveç Ticarət Palatasının” Ələt
Azad İqtisadi Zonası
ilə birgə keçirdiyi tədbirdə
iqtisadi zonaya maraq göstərən yerli şirkətlərə,
investorlara yaradılan
investisiya imkanları barəsində ətraflı
məlumat verilib.
Tədbirdə çıxış edən
Ələt Azad İqtisadi
Zonasının səlahiyyətli
qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov iqtisadi zonada investorlar üçün
yaradılan imtiyazlar, ərazidə aparılan infrastruktur, inşaat işləri və inkişafyönümlü layihələr
haqqında söz açıb. Sözügedən zonada qanuni çərçivələri tənzimləyən Ələt
Azad İqtisadi Zonası
haqqında müvafiq qanunvericilik və daxili qaydalardan da danışan Valeh Ələsgərov buradakı yaradılmış
şəraiti tənzimləyən
qanunvericiliyin əsas iqtisadiyyat qanunlarından üstün olduğunu tədbir iştirakçılarının
diqqətinə çatdırıb.
Sözügedən qanunvericilik bazasının
unikallığını da
qeyd edən səlahiyyətli qurumun İdarə Heyətinin sədri, bununla investorlara yaradılan böyük imkanları vurğulayıb. Valeh Ələsqərov
investorlar üçün
sadələşdirilmiş maliyyə, tikinti, mübahisələrin həlli
qaydaları, işə
götürmə və
digər qaydalara da toxunaraq vurğulayıb
ki, Ələt Azad İqtisadi Zonasında məqsəd rəqabətli
yüksək əlavə
dəyərin ixracyönümlü
istehsal müəssələrinin
yaradılması və
inkişafıdır.
O, habelə layihənin inkişafının
ilkin mərhələsini
təşkil edən
60 hektar ərazidə
aparılan inşaat-quruculuq
işləri haqqında
da danışaraq böyük maraq səbəbindən ikinci fazada nəzərdə tutulandan daha çox ərazinin artıq ayrıldığını
və layihələndirmə
işlərinə başlanıldığını
diqqətə çatdırıb.
Sonra İsveç-MDB
ölkələri Ticarət
Palatasının baş
direktoru Heinz Sjögren
və “Caucasus Consulting Group of Companies” şirkətinin təsisçisi
Bəhram Atabəyli
Nobel qardaşlarının Azərbaycan-İsveç əlaqələrinin
təməlinin qoyulmasındakı
tarixi rolu, Azərbaycanda biznes mühiti, İsveç şirkətlərinin Azərbaycan
bazarında hazırkı
fəaliyyəti barəsində
danışıb.
Sonra təqdimatla çıxış
edən İxracın
və İnvestisiyaların
Təşviqi Agentliyinin
- "AZPROMO" müşaviri Zöhrab Qədirov, ölkəmizdə investisiya
imkanları haqqında
ətraflı məlumat
verib. Azərbaycan hökumətinin ixracın diversifikasiya olunması uğrunda apardığı siyasəti
haqqında məlumat verən Zöhrab Qədirov, bunun üçün həyata
keçirilən islahatlardan,
o cümlədən Azərbaycanın
nəqliyyat və digər iqtisadiyyat sahələrindəki layihələrindən
danışıb.
Sonra çıxış
edən Azərbaycan Respublikasının İsveç
Krallığında səfiri
Zaur Əhmədov hər zaman ölkəmizdə yatırım
etmək niyyətində
olan xarici investorlarla əlaqələndirmə
ilə bağlı səfirliyimizin dəstəyini
verməyə daim hazır olduğunu ifadə edərək, xüsusən Ələt
Azad İqtisadi Zonası
ilə maraqlananlara lazımi kömək göstəriləcəyini deyib.
Tədbir əsnasında
Azərbaycan bazarında
26 il fəaliyyət
göstərən “Emtunga”
şirkətinin təmsilçisi
Rikard Thelander, ölkəmizdəki biznes
muhiti haqqında danışıb. Onun sözlərinə
görə şirkət
ölkəmizin bazarında
uzun illər davam edən fəaliyyətindən məmnun
olmaqla yanaşı, burada təklif olunan texnoloji həllərin çeşidini
artırmağa çalışır.
Tədbir sual-cavab formasında davam edib.
Azərbaycan.- 2022.- 28 aprel.- S.7.